“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda mənzillər və kirayə evlər bahalaşdı - QİYMƏTLƏR

Tarix 25.06.25, 15:50

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ilin iyun ayında Azərbaycanda əmlak bazarı stabil və nisbi canlanma ilə müşahidə olunur. Yay mövsümünün başlaması və ipoteka imkanlarının genişlənməsi alıcı fəallığını artırıb.

Bu sözləri BAKU.WS-ə açıqlamasında əmlak məsələri üzrə ekspert Aqil Tağıyev bildirib.

Onun sözlərinə görə, əsas tələbat yeni tikililərə yönəlib, xüsusilə də təmirli və ipotekaya yararlı mənzillərə maraq yüksəkdir:

"Köhnə tikililərdə isə qiymət artımı dayanıb və azalmalar müşahidə olunur. Bakı şəhərinin mərkəzi rayonlarında qiymətlər 1 kvadratmetr üçün 2500–3200 AZN arasında dəyişir, kənar ərazilərdə isə bu göstərici 1100–1600 AZN-dir.

Kirayə bazarında isə aktivlik daha çoxdur, amma təklif edilən mənzillərin sayı baxımından. Tələbələrin yay mövsümündən kirayələdikləri mənzildən çıxmaları bu bazarda təklifləri çoxaldıb və qiymətlər də mövsümü olaraq bir qədər ucuzlaşıb. Ən çox təklif edilən 1 və 2 otaqlı mənzillərdir. Mərkəzdə 2 otaqlı mənzillərin kirayəsi 500–900 AZN aralığında dəyişir".

Ekspert əlavə edib ki, 2024 və 2025-ci illərin may–iyun aylarında Azərbaycanın əmlak bazarının müqayisəsi göstərir ki, 2025-ci ildə aktivlik və qiymət artımı daha yüksək səviyyəyə çatıb:

"2024-cü ilin eyni dövründə mənzil bazarında orta qiymət artımı təxminən 9.7 % olub. Yeni tikililər üzrə artım 7.8 %, köhnə tikililərdə isə 9.8 % səviyyəsində qeydə alınıb. 2025-ci ilin I rübündə isə qiymət artımı ötən ilin eyni dövrünə nisbətən 14.4 % təşkil edib. Bu, xüsusilə yeni tikililərdə daha qabarıq hiss olunub.

Bakı şəhərində 2024-cü ilin II rübündə ucuz seqmentdə artım 11.3 %, ümumi yeni tikili bazarında isə 14.9 % səviyyəsində olub. 2025-ci ilin müvafiq dövründə yeni tikililərin qiyməti daha da yüksələrək, bəzi hallarda köhnə tikililəri üstələyib. Satış bazarında tələbatın əsas hissəsi ipotekaya yararlı və təmirli mənzillərə yönəlib. Bu dövrdə ipoteka və onlayn satış platformalarının rolu əhəmiyyətli dərəcədə artıb".

A.Tağıyev sonda vurğulayıb ki, kirayə bazarında da artım müşahidə olunur: "2024-cü ilin ortalarında kirayə qiymətləri orta hesabla 10–12 %, 2025-ci ildə isə 13–15 % civarında yüksəlib. Mərkəzdə 2 otaqlı mənzillərin kirayəsi 2024-də 700 AZN ətrafında idisə, 2025-ci ildə bu rəqəm 800–900 AZN-ə qədər yüksəlib.

Ümumilikdə 2025-ci ilin may–iyun aylarında əmlak bazarı daha yüksək dinamikaya malikdir. Qiymətlər artmaqda davam edir, amma bu artım gəlirləri üstələdiyi üçün mənzil əlçatanlığı nisbətən azalıb. Yeni tikililərə maraq artır, lakin təkliflərlə tələbat arasındakı balans hələ də tam formalaşmayıb. Dövlətin bazarın rəqəmsallaşması və şəffaflığına yönəlmiş addımları isə uzunmüddətli müsbət effekt vəd edir".



Xəbərin oxunma sayı : 208




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap