“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Bakıda qəribə hadisə: Rəhbərliyə xəbərçilik edən iş yoldaşını bıçaqladı

Tarix 28.11.23, 22:21

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində yerləşən daş karxanasında bıçaqlanma hadisəsi törətmiş şəxsə hökm oxunub.

Publika.az xəbər verir ki, karxanada işləyən Misir adlı şəxsə bıçaqla xəsarət yetirmiş iş yoldaşı, 1996-cı il təvəllüdlü Aslan Xasıyev (soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü (sağlamlığa ağır zərər vurma və xuliqanlıq) maddələri ilə məsuliyyətə cəlb edilib.

Belə ki, hadisədən əvvəl Aslan işdə spirtli içki qəbul edib. Bundan az sonra iş yerinin rəhbərliyi onu çağıraraq işdə spirtli içki qəbul etməyin yolverilməz olması barədə xəbərdarlıq edib. Aslan iş yoldaşı Misirin onun barəsində rəhbərliyə məlumat verməsini düşünüb və onunla mübahisə edib.
Mübahisə zəminində 27 yaşlı şəxs iş yoldaşına bıçaqla xəsarətlər yetirib. Xoşbəxtlikdən Misirin həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses noyabrın 11-də bitib. Məhkəmə Aslana xuliqanlıq maddəsi üzrə bəraət verib. Amma o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.



Xəbərin oxunma sayı : 856




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap