“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Beyləqan rayonunda asfaltlama işləri davam etdirilir - Fotolar

Tarix 14.03.25, 15:43

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan rayonunda asfaltlama işləri davam etdirilir.

AzFakt.com xəbər verir ki, rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlanması istiqamətində işlər uğurla aparılır.

Rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. 

Sakinlərin müraciətləri nəzərə alınaraq, şəhid ailələri və qazilərin yaşadığı Beyləqan şəhəri Zərifə Əliyeva küçəsində yerləşən 54 mənzilli binanın ətrafında yararsız asfalt olan hissələri sökülüb texnikalarla düzləşdirilərək abadlaşdırılıb, qarşısına və ətrafına, piyada səkilərinə asfalt örtüyü döşənib.

Cari ilin əvvəlindən rayon mərkəzində icrasına start verilmiş geniş əsaslı təmir və yenidənqurma işləri çərçivəsində sakinlərin müraciətləri də nəzərə alınaraq şəhərin mərkəzində, şəhid Akif Əkbərov küçəsində yeni yolun çəkilişi başa çatdırılıb.

Bununla da şəhər sakinlərinin daha sıx yaşadığı həmin ərazidə rahat gediş-gəliş tam təmin olunub.






Xəbərin oxunma sayı : 901




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap