“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Brüsseldə İlham Əliyev-Şarl Mişel görüşü keçirilib - FOTO

Tarix 14.05.23, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü keçirilib.

AzFakt.com xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına xidmət edən Brüssel formatının bərpasından məmnunluq ifadə olunub.

Prezident İlham Əliyev tərəfindən Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, regionda davamlı sülh və təhlükəsizliyin, sabitliyin təmin olunması istiqamətində olan səyləri yüksək qiymətləndirilib.

Həmçinin görüşdə Vaşinqtonda sülh müqaviləsi üzrə danışıqlar məsələsinə də toxunulub və regional məsələlər müzakirə olunub. Eləcə də bugünlərdə Ermənistan tərəfi ilə keçiriləcək üçtərəfli görüşün gündəliyinə aid olan məsələlər barəsində də fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə son günlərdə Ermənistan tərəfindən iki ölkənin sərhədində Kəlbəcər istiqamətində törədilmiş məqsədyönlü təxribatlar haqqında da məlumat verilib.

***
 
Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

AzFakt.com xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Aİ Şurasının Prezidentinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi gözlənilir.

***
 
Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü başlayıb.

AzFakt.com xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 316




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap