“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bu şirkətin anbardarı həbs edilib - 50 minlik yeyinti

Tarix 19.08.25, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


"Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin Yevlax regional anbarının satıcı-anbardarı həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hikmət Fətəliyev şirkətin külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Burada söhbət 50 min manatdan artıq yeyintidən gedir. Satıcı anbardar prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 309 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

İttihamların ağırlığı da nəzərə alınaraq H.Fətəliyev barəsində həbs qərarı verilib. Təqsiri sübuta yetirilsə və ziyan ödənilməsə, o, 5 ildən 10 ilə kimi azadlıqdan məhrum edilə bilər.



Xəbərin oxunma sayı : 379




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap