“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bu dondurmalar keyfiyyətsiz və təhlükəlidir - AÇIQLAMA

Tarix 05.08.25, 21:19

Font ölçüsü : - / +
bitmap-img6


Yay aylarının ən sevimli təamlarından olan dondurma həm dadı, həm də sərinləşdirici təsiri ilə mövsüm müddətində ən çox istifadə olunan qida məhsullarındandır. Ancaq dondurma düzgün seçilmədikdə sağlamlıq üçün risklər yarada bilər. Bu səbəbdən alıcılar məhsulun tərkibi, istehsal və saxlama şəraiti barədə məlumatlı olmalıdırlar. Mağazalarda hər növdə və qiymətdə dondurma çeşidlərini görmək mümkündür. Hazırladığımız materialda mütəxəssis rəyinə əsaslanaraq, dondurma alarkən diqqət yetirilməli vacib məqamları və istehlakçılara faydalı ola biləcək tövsiyələri təqdim edirik.

Mövzu ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Fərif Səfərov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, yay aylarında dondurma həm sərinləşdirici, həm də ləzzətli seçim olsa da, keyfiyyətsiz və ya düzgün saxlanılmayan dondurmalar sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Onun sözlərinə görə, dondurma alarkən bir sıra əsas məqamlara diqqət yetirmək mütləqdir: "Dondurma alarkən tərkibə diqqət etmək mütləqdir. Ən əsas göstərici dondurmanın tərkibidir. Əgər dondurmada "bitki yağı", "hidrogenləşdirilmiş yağ", "emulqator", "qatılaşdırıcı" kimi maddələr varsa, bu daha ucuz və aşağı keyfiyyətli alternativ hesab olunur".

F.Səfərov söyləyib ki, təbii tərkibli südlü dondurmalar daha təhlükəsizdir. Onun sözlərinə görə, dondurma alarkən onun saxlanma şəraitinə də mütləq diqqət yetirmək lazımdır: "Dondurma yalnız - 18°C-də saxlanılmalıdır. Ərimiş və sonra yenidən donmuş dondurmalardan uzaq durmaq gərəkdir. Üzərində buz kristallarının olması, onun formasının dəyişməsi buna işarədir. Dondurmada istehsalçı adı, tərkibi, istehsal və son istifadə tarixi, saxlanma temperaturu etiketdə aydın göstərilməlidir. Etiketi olmayan və ya qeyri-rəsmi şəkildə satılan dondurmalardan uzaq durmaq lazımdır".

Ekspert qeyd edib ki, təbii meyvəli dondurmalar çox parlaq rəngdə olmur: "Məsələn, çiyələkli dondurma çox tünd qırmızı rəngdədirsə, süni rəngləndirici ehtimalı yüksəkdir. Ətirli, lakin süd dadı olmayan dondurma da keyfiyyətli olmaya bilər. Keyfiyyətli dondurma baha başa gəlir. Çox ucuz dondurmalar adətən süni qatqılarla hazırlanır. Ona görə də tanınmış, sertifikatlı istehsalçıların məhsullarına üstünlük vermək daha məqsədəuyğundur".



Xəbərin oxunma sayı : 745




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap