Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Bu halda vətəndaşa yüksək pensiya təyin olunacaq - YENİLİK

Tarix 01.12.25, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

AzFakt.com Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir ki, yeni dəyişiklik vətəndaşyönümlü olmaqla, güzəştli şərtlərlə pensiya təyinatı zamanı vətəndaş rahatlığına və operativliyin artırılmasına xidmət edir.

Bildirilib ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərə erkən dövrdə, güzəştli şərtlərlə pensiya təyinatı digər sənədlərlə yanaşı, onun çalışmış olduğu müəssisə üzrə işəgötürən tərəfindən təqdim edilən arayışa əsasən həyata keçirilir.

Yeni dəyişikliyə əsasən, əgər müəssisənin artıq fəaliyyət göstərməməsi səbəbindən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq.

Onun güzəştli sahədə iş stajının hesablanması isə  “Əmək və Məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən, digər hallarda əmək kitabçasında olan qeydə və ya Dövlət arxivinin arayışına əsasən aparılacaq.

Həmçinin yeni Qərarla qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq.

Qeyd edilib ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda təkmilləşdirmə və uyğunlaşdırma məqsədilə digər dəyişiklikər də edilib.



Xəbərin oxunma sayı : 79




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap