“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Burkina Fasoda çevriliş olub, hərbçilər hakimiyyəti ələ keçirib - Prezident istefa verib

Tarix 24.01.22, 23:30

Font ölçüsü : - / +
bitmap-img6


Burkina Fasoda hərbçilər Prezident Rok Mark Kristian Kaboreni istefaya göndərərək hakimiyyəti ələ keçiriblər. “Report” xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin xəbər portalı “leFaso” məlumat yayıb.

On dörd nəfərlik hərbçidən ibarət qrup dövlət televiziyası ilə efirə çıxıb və ölkədə hakimiyyətin “Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkat”a verildiyini bəyan edib. Quruluşa polkovnik-leytenant Paul-Henri Sandaoqo Damiba rəhbərlik edir.

Hərbçilər konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını, ölkənin quru və hava sərhədlərinin bağlandığını bəyan ediblər.

Öz növbəsində, “Reuters” hərbçilərdən birinin bəyanatına əsasən, hakimiyyətin ələ keçirilməsinin qansız olduğunu bildirib.

Qeyd edək ki, Burkina Faso Prezidenti Roş Mark Kabore Qərbi Afrika ölkəsində hərbi qiyamla bağlı xəbərlər fonunda istefa verib.

Burkina Faso Prezidenti Roş Mark Kabore Qərbi Afrika ölkəsində hərbi qiyamla bağlı xəbərlər fonunda istefa verib. “Report”un məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir.

Daha əvvəl LSI portalı Prezident Roş Mark Kaborenin ailəsinin Burkina Fasonu tərk etdiyini bildirmişdi. Hərbi qiyamçılar Prezidentin istefasını tələb ediblər. Liderin özünün jandarm qüvvələrinin himayəsində qaldığı iddia olunur. Şahidlərin mətbuata verdiyi məlumata görə, bazar günü axşam Prezident iqamətgahı yaxınlığında atışma səsləri eşidilib, səmada helikopterlər görünüb.

Qeyd olunur ki, Kabore bazar günündən bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun istefası barədə təhlükəsizlik və siyasi mənbələr “Reuters” agentliyinə məlumat veriblər.

KİV-in məlumatına görə, Burkina Fasoda hərbi qiyamçılar 2015-ci ildə dövlət çevrilişinə cəhddə günahlandırılan general Gilbert Diendere həbsxanadan azad edilib.



Xəbərin oxunma sayı : 844




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap