“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Ceyhun Bayramov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTO

Tarix 07.12.23, 19:38

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu qeyd edilib. Xüsusilə iqtisadiyyat, energetika, mədəniyyət, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. İki ölkə arasında siyasi dialoqun və yüksək səviyyəli səfərlərin vacib olduğu bildirilib.

Nazir Ceyhun Bayramov bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli və ölkəmizin suverenliyinin bərpası ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini bir daha qarşı tərəfin diqqətinə çatdırıb. Bu dönəmdə ölkəmizdə fəaliyyət göstərən səfirin bu tarixi proseslərin şahidi olduğu xatırlanıb. Postmünaqişə dövründə ölkəmiz tərəfindən aparılan bərpa-quruculuq işlərində, eləcə də yaşıl enerji zonalarının yaradılması və Azad İqtisadi Zonalar çərçivəsində ölkəmizin Yaponiya tərəfi ilə əməkdaşlığı üçün böyük imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Azərbaycan-Yaponiya münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlıq bildirilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Səfir Cuniçi Vada səmimi qəbula görə təşəkkürünü bildirib, fəaliyyəti dövründə Azərbaycanın dövlət və hökumət qurum və təşkilatlarından aldığı dəstək üçün minnətdarlıq ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Xəbərin oxunma sayı : 1147




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap