Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Dünyanın ən çox qazanan idmançıları - İLK ONLUQ

Tarix 16.05.24, 23:47

Font ölçüsü : - / +
bitmap-img6


Portuqaliyalı futbolçu Kriştianu Ronaldu “Forbes” jurnalının versiyasına görə dünyanın ən çox qazanan idmançıları reytinqində birinci yeri tutub.

Reytinq nəşrin rəsmi saytında dərc olunub.

Səudiyyə Ərəbistanı təmsilçisi olan “Ən-Nəsr”in hücumçusu bir ildə 260 milyon dollar qazanıb ki, bunun da 200 milyon dolları onun klubdakı maaşı, 60 milyon dolları isə reklam müqavilələridir.

“Forbes” qeyd edib ki, bu rəqəm futbolçular üçün rekorddur.

Ronaldu karyerasında dördüncü dəfə bu reytinqə başçılıq edir.
Ən çox qazanan idmançılar siyahısında ikinci yeri ispan qolfçu Con Ram tutub. Onun qazancı 218 milyon dollar təşkil edib. Üçüncü yerdə 135 milyon dollar qazanan ABŞ-nin “İnter Mayami” klubunun argentinalı futbolçusu Lionel Messi qərarlaşıb.

İlk onluqda həmçinin “Los Anceles Leykers”in basketbolçusu LeBron Ceyms (128,2 milyon dollar), “Miluoki” basketbolçusu Yannis Adetokunmpo (111 milyon dollar), PSJ futbolçusu Kilian Mbappe (110 milyon dollar), “Əl-Hilal” futbolçusu Neymar (108 milyon dollar), “Əl-İttihad” futbolçusu Kərim Beznzema (106 milyon dollar), “Qolden Steyt” basketbolçusu Stiven Karri (102 milyon dollar) və “Baltimor”da çıxış edən ABŞ-li futbolçu Lamar Cekson (100,5 milyon dollar) təmsil olunublar.

Nəşrin qeyd etdiyi kimi, reytinqin ilk onluğuna daxil olan bütün idmançılar ilk dəfə olaraq 100 milyon dollardan çox qazanıblar.



Xəbərin oxunma sayı : 1666




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap