Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Dövlət qulluğuna qəbulla bağlı qanunvericilikdə dəyişiklik ediləcək - Məleykə Abbaszadə

Tarix 24.06.24, 12:15

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” mövzusunda keçiriləcək beynəlxalq seminarın açılış mərasimi keçirilib.

AzFakt.com xəbər verir ki,  açılışda DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, dövlət orqanlarının insan resursları üzrə struktur bölmələrinin rəhbərləri, həmçinin Türkiyə, Bosniya və Herseqovina, Şimali Makedoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət qulluğu siyasətini həyata keçirən qurumlarının rəhbər şəxslərinin iştirak edib.

Seminarda açılış nitqi ilə çəxış edən M.Abbaszadə deyib ki, dövlət orqanlarında vakant vəzifələrin tutulması insan kapitalının səmərəli istifadə olunması, eləcə də dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı və dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi, dövlət qulluğunda islahatların aparılması proseslərində mövcud olan aktual məsələdir.

DİM rəsmisi bildirib ki, dövlət qulluğuna qəbulla bağlı müvafiq qanunvericiliyə dəyişikliklər ediləcək və yeniliklər tətbiq olunacaq:

"Ümidvarıq ki, bu seminarın nəticəsində biz sentyabrda dövlət qulluğuna qəbulla əlaqədar səriştə modeli əsasında yeni mərhələyə başlayacağıq. Aprobasiyadan (sınaqdan) əvvəl modelin sonuncu versiyasını beynəlxalq ekspertlərə təqdim edirik və onlarla fikir mübadiləsi keçirəcəyik və bəlkə də nəyisə korrektə edəcəyik. Çox vacib bir məshələdir. Çünki bu model əsasında biz 2 il çox ciddi işləmişdik. Hazırda biz bu modelin tətbiqinə başlayırıq. 2024-cü ildə sınaq müddətidir. 2025-ci ildə müvafiq qanunvericilikdə dəyişiklik aparıldıqdan sonra artıq dövlət qurumlarına işə qəbul prosesini bu model əsasında keçirəcəyik. Səriştə modelinə əsaslanan qəbul daha keyfiyyətli, daha bacarıqlı, dövlət qulluğunda bütün prosesləri daha şəffaf keçirməyə imkan verəcək. Burada təkcə dövlət qulluqçularının seçimi yox, eyni zamanda rotasiyası və işinin qiymətləndirilməsi də yeni alətlərin istifadəsi ilə həyata keçiriləcək".



Xəbərin oxunma sayı : 643




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap