“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dizel və 92 oktanlı benzin bahalaşacaq? - Açıqlama

Tarix 13.07.25, 13:14

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə və 19 yanvar 2001-ci il qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Bəs, bu qərar yanacağın qiymətinə təsir edəcəkmi?

AzFakt.com-un məlumatına görə, mövzu ilə bağlı Manset.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda həm dizel, həm də 92 markalı benzinin qiyməti dövlət tərəfindən - Tarif Şurası vasitəsilə tənzimlənir.

O qeyd edib ki, buna görə də, bu yanacaq növlərinə tətbiq olunan aksiz və ya digər rüsumlardakı dəyişikliklər birbaşa qiymətlərə təsir etmir: "Son dövrlərdə Azərbaycan xaricdən daha çox dizel və 92 oktanlı benzin idxal edir. Xaricdən alınan yanacağın qiymətində artımın qarşısını almaq və yerli şirkətlərə əlavə yük düşməməsi üçün dövlət bu sahədə müəyyən qərarlar qəbul edib".



Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap