“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Doğuş zamanı “əkiz“ uşaqlardan biri yoxa çıxdı - “Semaşko“da şok hadisə (FOTO+VİDEO)

Tarix 12.07.24, 14:15

Font ölçüsü : - / +
bitmap-img6


Həkimlər tərəfindən əkiz uşağa hamiə qaldığı deyilən qadının başına doğuş zamanı iş gəlib.

Citypost.az  xəbər verir  ki, Mədinə Hacıyevaya hamiləlik dövründə uşağının əkiz olduğu deyilsə də,doğuş zamanı ona yalnız bir uşaq verilib.Bu barədə saytımıza məlumatı qadının özü bildirib.

“2024-cü ilin yanvarın 26-da həyatımın şokunu yaşadım. Uşaq dünyaya gətirmək üçün “Semaşko” xəstəxanasına aparıldım. Müalicə və müayinə həkimin Solmaz  Mehdiyeva əməliyyata  gəlmədiyi üçün  doğuşu həmin günü  növbədə  olan Minurə Kazımova etdi. Əkiz uşağa  hamilə olduğum halda, mənə bir oğlan uşağı dünyaya gətirdiyimi  bildirdilər”,- deyə  Mədinə  Hacıyeva  bildirib.

 Açıklama yok.

Mədinə Hacıyeva doğuş həkiminin bu sözlərindən sonra şok keçirib. Şikayətçinin sözlərinə görə, ona doğuşdan  əvvəlki vaxtlarda  da bir neçə  yerdə  edilən dopler müayinələri  zamanı  əkiz  uşağa hamilə olduğu  bildirilib. Ailə üzvləri də hazırlığı məhz iki uşaq üçün görüb.

“Mənim və yoldaşımın nəslində   əkiz  uşaq  dünyaya gətirən şəxslər var. Yəni,mənim  əkiz  uşağa  hamilə  qalmaq şansım  realdır. Müayinələr zamanı həkimlər  bu diaqnozu  dəfələrlə  təsdiqləyib. Hətta doğuş  günü  “Semaşko”nun USM (Uzi) aparatında   çalışan müayinə  həkimi   Zeynəb Osmanova da  mənim əkiz uşağa  hamilə  olduğumu təsdiqlədi. Hətta  doğuşdan  bir  neçə dəqiqə əvvəl uşaqların  ürək  döyüntülərinin  hansı ritmlə  vurduğunu  da  mənə  bildirdilər...”

Şikayətçi qadın daha sonra bildirib ki, bu hadisədən sonra aidiyyatı qurumlara şikayətlər edib.  Müraciət  etdiyi  dövrdə  Kliniki  Tibbi  Mərkəzin (“Semaşko” )  direktoru  Könül Ələkbərovla  da  şəxsən  görüşüb.

Açıklama yok.

Fotoda  Kliniki  Tibbi  Mərkəzin (“Semaşko” )  direktoru  Könül Ələkbərov

“Bu hadisədən sonra “Semaşko”nun rəhbəri ilə görüşdüm. O, mənə bildirdi ki, məsələnin tam  araşdırılmasını təmin edəcək .Həmin görüşdən bir  müddət sonra  uzi həkimi  Zeynəb  Osmanova  və  klinikanın  Cəmilə  adlı əməkdaşı mənə pul təklif etdi ki, şikayətləri  dayandırım. Təbii  ki, mən  bundan  imtina  etdim. Mənə övladımın  lazım olduğunu  bildirdim”,- deyə  şikayətçi  bildirib.

Mədinə Hacıyevanın sözlərinə görə,dünyaya gələcək əkiz övladlarına Əbülfəz və Ağa adlarını da düşünüblərmiş. Bu gün Ağa onlarla olsa da,Əbülfəzi görmək onlara qismət olmayıb.

Mədinə Hacıyevanın şikayət əsasında Nəsimi Rayon Prokurorluğunda,rayon prokurorunun böyük köməkçisi,II dərəcəli hüquqşünas  Vüqar Quliyevin rəhbərliyi ilə aparılan araşdırmadan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Citypost.az  məsələdə adı hallanan  Kliniki  Tibbi  Mərkəzlə də əlaqə saxlayıb. Mərkəzin mətbuat xidmətinin rəhbədi  Ruzbeh Gülümov ətraflı danışmaqdan imtina edib. 

“Məsələ 6 ay öncə baş verib.Vətəndaş da müraciət edib,izah olunub. Əlavə mövqeyimiz yoxdur”,-  deyə  mətbuat  katibi  bildirib.





Xəbərin oxunma sayı : 1075




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap