“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ekspert BNA-nın qərarını tənqid etdi: “130 milyon dəyəri olan sistem…”

Tarix 21.09.22, 14:28

Font ölçüsü : - / +
bitmap-img6


BNA paytaxtda sürət limitini 30 km/saata endirməklə bağlı gözlənilməz, həm də absurd qərar verib.

Bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

"Öncə qeyd edim ki, bu qərarla bağlı BNA-nın irəli sürdüyü arqumentlər, təhlükəsizlik, qəzaların minumuma endirilməsi baxımından indiki anda anlaşılan və məqbuldur. Amma belə olmalı deyildi axı. Çünki, dövlətin nəqliyyatı intellektual idarə etmək, ağıllı işıqforlar, ağıllı rəqəmsal həllər tətbiq etmək və bununla şəhər daxilində mövcud orta sürət həddini artırmaq, bununla tıxacları minimuma endirmək kimi innovativ nəqliyyat siyasəti vardı. Yəni, 130 milyon dəyəri olan nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiqində məqsəd həm də şəhərdəkı mövcud orta sürəti artırmaq olub.

Həmçinin, BNA dayanacaq məsələsinə sərt yanaşma tətbiq etməklə, qanunsuz parklamanı tənzimləməklə də dolayısıyla həmin orta sürətin artırılması məqsədini qarşıya qoymuşdu. Ümumiyyətlə, nəqliyyat sahəsində, piyada keçidləri sahəsində, yol nişanları və tənzimləmə sahəsində indiyədək atılan bütün rəqəmsal və qeyri-innovativ addımlar paytaxtda orta sürəti artırmağa, tıxacda iməkləyən avtomobillərin orta sürət vahidini yüksəltməyə yönəlik addımlar olub və son məqsəd də həm də məhz bundan ibarət idi. Bunun qarşılığında isə əksinə, paytaxtda nəqliyyatı tənzimləməyə səlahiyyətli olan dövlət qurumu birdən-birə sürət həddini endirdi. Buradan belə qənaətə gəlmək olar ki, hökumət özü də fərqindədir ki, sektorda atılan innovativ, intellektual və administrativ addımlar özünü doğrultmayıb. Ümid edirəm, qərar qəbul edənlər bunun fərqindədir”, – deyə ekspert qeyd edib.





Xəbərin oxunma sayı : 598




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap