“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Eldar Əzizov hacı Ramazanın şirkətini yenə qalib etdi - 6 milyonluq tender

Tarix 03.08.21, 12:17

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər İcra Hakimiyyəti 6 milyon manatlıq tenderə yekun vurub

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxt ərazisindəki dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmir olunması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Hit.Az dövlət satınalmalarının vahid elektron portalına istinadən xəbər verir ki, tenderin qalibi "Vest LTD" MMC-dir.

Qalib şirkətə 5 995 300 manat ödəniləcək.

Eldar Əzizovun rəhbərlik etdiyi Bakı Şəhər İcra Hakimiyyəti ötən il də "Vest LTD”-yə eyni məqsədlə 9 milyon 992 min manat ayırmışdı.

2010-ci ildə dövlət qeydiyyatına alınmış və nizamnamə kapitalı 2050 manat olan "Vest -LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi Şahin Verdəliyevdir.

Mediada yer alan iddialara görə, "VEST LTD” QSC faktiki olaraq Bakı Şəhər İcra Hakimiyyətində "tender kralı” kimi tanınan Hacı Ramazan Mirzəyevə məxsusdur.

"Vest-LTD" təkcə 2020-ci ildə dövlət təşkilat və idarələrindən 20-yə yaxın sifariş alıb.

Ramazan Mirzəyevlə bağlı mediada dərc olunan məlumatların araşdırılmasından da məlum oldu ki, "iş adamı” Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş İcra Hakimiyyətləri və Mədəniyyət Nazirliyininin satınalmalarında daim "qalib” gəlir. Hacı Ramazanla bağlı yayılan informasiyalardan biri də onun tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz etməsidir. Məsələn, 2018-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan "Yukon-K”, "Astok-5”, "Foodr 21”, "Vinsfud”, "Vertus 2018”, "Local LLC”, "Green SS”, "Ardo-2017”, "Təchizat Servis-18”, "Hermes-R Group”, "Staples Holding”, ”Aztex-NN Servis”, "Gibernes MM”, "Katlos 2020”, "Local LLC”, "Forvard-SS”, "Olimpic HH”, "Kross Good”, "Faraon 200”, "Rudel Marketing” MMC- kimi şirkətlərin Ramazan Mirzəyevə yaxın olduğu iddia olunur.



Xəbərin oxunma sayı : 1624




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap