Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Eldar Həsənovun məhkəməsində qalmaqal olub – Təcili yardım çağırılıb...

Tarix 13.09.21, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş baş prokuror və səfir Eldar Həsənovun vəziyyəti pisləşib. O, məhkəmə zalında ifadə verərkən müvazinətini itirərək yıxılıb. 

Hələ məhkəmə iclasının əvvəlində E.Həsənov hakimlərdən xahiş edib ki, onun işinə həftədə bir dəfə baxılsın. “Çünki həftədə iki dəfə DTX-nın istintaq təcridxanasından məhkəməyə aparılıb-gətirilməsinə sağlıq durumum imkan vermir”, - deyə o xahişini əsaslandırıb.

“Bu qədər qanunsuzluq, qəddarlıq olarmı?! Mən dözməyə çalışıram, amma mənim yerimə fələk oğlu fələk də dözməz bu haqsızlıqlara. Mən hər kəsə sözümü çəkinmədən deyən insan olmuşam, kimsənin arxasınca danışmıram. Arzu edərdim ki, istintaqı aparan burada olsun, onun üzünə deyim bunları. Deyirlər ki, danışdıqların prokurorluğun adına xələl gətirir. Mən prokurorluğun yağ-bal içində olduğu vaxtda işləməmişəm, gülləbaran edildiyi, silahlı hücumlar olduğu vaxtda sinəmi qabağa vermişəm", - E.Həsənov şikayətlənib.

Prokuror təqsirləndirilən şəxsin ittihamın mahiyyətindən kənara çıxdığını iddia edib: “Xahiş edirəm, ittihamın mahiyyətindən danışsın”. Bu zaman dövlət ittihamçısıyla Həsənov arasında mübahisə yaranıb. “Mən elə ittihamdan danışıram. Mənə ağıl öyrətməyin. Bundan sonra 40 il lazımdır ki, mənə məsləhət verəsən, başa düşdün? Yerini, həddini bil...”

Bu mübahisədən az sonra Həsənovun durumu pisləşib və o, müvazinətini saxlaya bilməyib. Bu üzdən məhkəməyə təcili yardım çağrılıb.

Bu iş üzrə növbəti məhkəmə iclası sentyabrın 17-nə təyin edilib.



Xəbərin oxunma sayı : 910




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap