“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Sosial şəbəkədə “qəhrəmanlıq” 7 min manata başa gəldi - Məhkəmə işi

Tarix 08.10.26, 13:56

Font ölçüsü : - / +
bitmap-img6


Tovuz Rayon Məhkəməsində sosial şəbəkələrdə başqasının şərəf və ləyaqətini alçaldan, şəxsi həyatın toxunulmazlığını pozan şəxslərə dərs olacaq diqqətçəkən bir mülki iş üzrə qətnamə çıxarılıb.

Musavat.com xəbər verir ki, işin təfərrüatına görə, iddiaçı cavabdehin “YouTube”, “TikTok” və “Instagram” platformalarında yayımladığı videolarda onun və ailə üzvlərinin ünvanına alçaldıcı ifadələr işlətdiyini, şəxsi həyatını ictimai müzakirəyə çıxardığını bildirərək məhkəməyə müraciət edib. İddiaçı yayılan məlumatların təkzib edilməsini və cavabdehdən 100 min manat mənəvi ziyanın tutulmasını tələb edib.

Təqdim olunan sübutları və videomaterialları araşdıran məhkəmə hüquqi müstəvidə ciddi prinsipləri əks etdirən mühüm qənaətlərə gəlib. Məhkəmənin mövqeyinə görə, ifadələrin hüquqi qiymətləndirilməsi zamanı onların ümumi konteksti və konkret şəxsə ünvanlanıb-ünvanlanmadığı nəzərə alınmalıdır. Videolarda şəxsin adının birbaşa çəkilməməsi onun şərəf və ləyaqətinin pozulması faktını istisna etmir. Eyni zamanda, mübahisəli ifadələrin sosial şəbəkələrdə dəfələrlə təkrarlanması davranışın sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir.

Vurğulanıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi ilə təmin edilən fikir və söz azadlığı mütləq hüquq deyil və sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir. Real həyatda qüvvədə olan etik və hüquqi normalar rəqəmsal mühitdə də qorunmalıdır. Kibernetikanın vermiş olduğu imkanlardan kiber etika qaydalarına riayət edilmədən istifadə hüquq pozuntusuna gətirib çıxara bilər.

Məhkəmə qeyd edib ki, Konstitusiyanın 32-ci maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququ vardır. İctimaiyyət arasında tanınan şəxslərin daha geniş tənqidə məruz qala bilməsi onların şəxsi həyatı ictimaiyyətə açıq olmayan ailə üzvlərinin də eyni müdaxilələrə dözmək öhdəliyi daşıması demək deyil. Şəxsin ailə münasibətləri, uşaqların mənşəyi və doğulma şəraitinə görə fərqləndirilməsi ilə bağlı alçaldıcı ifadələrin işlədilməsi yolverilməzdir. Hətta məlumatlar həqiqətə uyğun olsa belə, üstün ictimai maraq olmadan onların şəxsi həyata müdaxilə məqsədilə ictimailəşdirilməsi hüquqa zidd hesab olunur.

Mənəvi ziyanın məbləği müəyyən edilərkən hüquq pozuntusunun xarakteri, yayılma miqyası, cavabdehin davranış şəraiti və maddi imkanları nəzərə alınıb. Məhkəmə vurğulayıb ki, mənəvi ziyana görə kompensasiya həm pozulmuş hüquqların müdafiəsinə, həm də gələcəkdə oxşar hallarının qarşısının alınmasına xidmət etməlidir. Yekunda Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilib, cavabdehdən iddiaçının xeyrinə 7 min manat mənəvi ziyan və 90 manat dövlət rüsumunun tutulması qət edilib.



Xəbərin oxunma sayı : 208




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap