“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Süni intellekt yeni problemlər yaradır“ - Allahşükür Paşazadə

Tarix 07.10.26, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


"Süni intellekt yeni problemlər yaradır" - Allahşükür Paşazadə
Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz.

AzFakt.com "Report"a istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, süni intellektin insan həyatına sərhədsiz sirayət etməsi yeni imkanlarla yanaşı, yeni problemlər də yaradır:

"Bu mövzuda ən mühüm məsələ mənəvi-etik hədlərin gözlənilməsidir. Eləcə də yaranma ehtimalı yüksək olan fəsadların önlənməsidir, xüsusilə süni intellektin ruhu olmadığı üçün insanı ibadət prosesində əvəz etməməlidir. Bu baxımdan, iclasımızda dini sahədə süni intellektdən istifadənin etik kodeksinin təqdimatını yüksək qiymətləndirirəm".

A.Paşazadə iqlim dəyişikliyi ilə mübarizədə dinlərin rolu ilə bağlı məsələyə də münasibət bildirib:

"Bakıda keçirilən COP29 zamanı dini liderlərin zirvə görüşünün yekun sənədində bu məsələ ətrafında lazımi mövqe ifadə olunub".



Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap