“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Beyləqanda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLAR

Tarix 06.10.26, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

AzFakt.com xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.

Daha sonra “Kral” şadlıq sarayında davam edən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. O, müəllimlik peşəsinin gənc nəslin savadlı, vətənpərvər və yüksək mənəvi dəyərlərə malik vətəndaş kimi yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb.

Ə.Əzizov Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğının bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bildirib ki, ölkədə təhsil infrastrukturunun yenilənməsi, yeni məktəblərin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Beyləqan RİH başçısı daha sonra peşə bayramı münasibətilə təhsil işçisi olan şəhid ailəsi üzvlərinə və bir qrup təhsil işçinə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını və hədiyyələrini təqdim edib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edib və bir qrup müəllimə fəxri fərmanlar təqdim edib.

Rayon Təhsil sektorunun müdiri Elvin Abbasov, Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Şəhid ailəsi üzvü olan təhsil işçisi Sevinc Məmmədova və digərləri çıxış edərək müəllimləri əlamətdar gün münasibətilə təbrik ediblər, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda Beyləqan Rayon Mədəniyyət Nümayəndəliyinin hazırladığı musiqili proqram təqdim olunub.






Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap