“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Zinəddin Zidanın maaşı açıqlandı - Fantastik məbləğ

Tarix 29.09.26, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Beş illik fasilədən sonra məşqçiliyə qayıdan və Fransa millisinin baş məşqçisi təyin olunan Zinəddin Zidanın maaşı açıqlanıb.

AzFakt.com xarici mətbuata istinadən xəbər verir ki, Fransa millisinin UEFA Millətlər Liqasında Türkiyə və Belçika üzərində qələbə qazanaraq keçirdiyi iki oyunda iki qələbə əldə etməsindən sonra Zidanın gəliri ilə bağlı yeni detallar ortaya çıxıb.

Fransanın "L’Equipe” nəşrinin məlumatına görə, Zidan Fransa millisinin baş məşqçisi kimi aylıq 300 min avro brüt sabit maaş alır.

Fransa millisində futbolçulara sponsorluq müqavilələri çərçivəsində hər oyun üçün təxminən 22 min avro imic hüququ ödənilir. Baş məşqçi üçün isə bu məbləğ təxminən iki dəfə çox – 44 min avro təşkil edirdi.

Lakin Zidan vəzifəyə gəldikdən sonra baş məşqçi üçün nəzərdə tutulan imic hüququ ödənişindən imtina edib. Beləliklə, o, hər oyun üçün aldığı əlavə gəlirdən könüllü şəkildə vaz keçib.

Məlumata görə, Zidanın bu qərarında onun şəxsi sponsorluq müqavilələri də rol oynayıb. Belə ki, məşqçinin əməkdaşlıq etdiyi bəzi brendlər Fransa millisinin sponsorları ilə rəqabət aparır.

Zidanın imic hüququ ödənişindən imtinasının isə Dünya Kuboku və Avropa çempionatı kimi böyük turnirlərdə nəzərdə tutulan daha yüksək uğur bonusları ilə kompensasiya edildiyi bildirilir.

Fransa millisinin bu turnirlərdə uğurlu çıxış edəcəyi təqdirdə 54 yaşlı mütəxəssisin daha yüksək gəlir əldə edə biləcəyi qeyd olunur.



Xəbərin oxunma sayı : 88




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap