“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda icra başçısı olmayan rayonlar - SİYAHI

Tarix 29.09.26, 12:10

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Prezident İlham Əliyevin sərəncamları ilə iki rayon və bir şəhərə icra başçıları təyin olunub. Sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhərinin Qaradağ Rayon, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər, Hacıbaba Adil oğlu Babayev isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər.

AzFakt.com xəbər verir ki, hazırda Azərbaycanda  icra başçısı təyinatı gözləyən rayonların sayı 4-ə enib.

Belə ki, Ağdərə, Babak, Sədərək, Yardımlı rayonlarının icra başçısı yoxdur.

Ağdərə rayonu: 2023-cü il dekabrın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Sərəncamda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görmək tapşırılıb. İcra hakimiyyətinə indiyədək başçı təyin edilməyib.

Babək rayonu: 2026-cı il sentyabrın 24-də Prezident İlham Əliyevin sərəncamı ilə Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hazırda rayon üzrə yeni icra başçısı təyin olunmayıb.

Sədərək rayonu: 2024-cü ildən Sədərək Rayon İcra Hakimiyyətinə rəhbərlik edən Naim Cahidzadə 2026-cı il avqustun 4-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. Hazırda rayona yeni icra başçısı təyin olunmayıb.

Yardımlı rayonu: 2016-cı ildən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Ayaz Əsgərov Prezident İlham Əliyevin 2026-cı il sentyabrın 15-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib. Hazırda Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunmayıb.



Xəbərin oxunma sayı : 73




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap