“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları

Tarix 29.09.26, 16:46

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda maraqlı dələduzluq işi üzrə məhkəmə hökm çıxarıb. İki nəfər əvvəlcədən əlbir olaraq kirayə götürdükləri mənzili özlərinə məxsus kimi təqdim edib müxtəlif şəxslərdən ümumilikdə 196 min manat pul almaqda təqsirli bilinib.

Qaynar.info-nu əldə etdiyi məhkəmə materiallarına görə, təqsirləndirilən şəxslərdən biri tanışı ilə yanaşı, özünü “İlyas” kimi təqdim edən və şəxsiyyəti istintaqa məlum olmayan “Ceyhun” adlı şəxslə birlikdə hərəkət edib. Qrup üzvləri mənzilin satışı ilə bağlı saxta sənədlər hazırlayıb, internetdə elan yerləşdirərək alıcı axtarıblar.

Söhbət Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 162 ünvanında yerləşən yaşayış binasının 2-ci girişinin 14-cü mərtəbəsindəki, ümumi sahəsi 63 kvadratmetr olan mənzildən gedir.

Məhkəmə materiallarına əsasən, mənzil əvvəlcədən kirayəyə götürülüb və sonradan satış üçün elan saytlarında yerləşdirilib. Alıcı elanla maraqlandıqdan sonra özünü “İlyas” kimi təqdim edən şəxs telefonla mənzilin ona məxsus olduğunu bildirib. O, ölkə xaricində olduğunu və satış məsələsini qohumuna həvalə etdiyini deyib.

Daha sonra təqsirləndirilən şəxslərdən biri alıcıya mənzili göstərib. Digər təqsirləndirilən şəxs isə həmin evdə kirayəçi kimi qalaraq mənzilin satışında heç bir problemin olmadığı görüntüsünü yaradıb.

Mənzilin alıcısı razılaşdıqdan sonra onu Yasamal rayonunda əvvəlcədən icarəyə götürülmüş ofisə aparıblar. Burada qrupun digər üzvü olan “Ceyhun” da iştirak edib. Alıcıya mənzilin satışı ilə bağlı saxta maliyyə arayışı və müqavilə təqdim olunub.

Nəticədə birinci zərərçəkmişdən müxtəlif ödənişlər adı ilə ümumilikdə 105 min manat pul alınıb.

Lakin bununla kifayətlənməyiblər. Eyni mənzil başqa bir şəxsə də satılmaq üçün təklif olunub. Bu dəfə də mənzil alıcıya göstərilib, saxta sənədlər təqdim edilib və satışın real olduğu görüntüsü yaradılıb.

Məhkəmə materiallarında göstərilir ki, ikinci zərərçəkmişdən əvvəlcə 1000 manat, daha sonra isə 90 min manat olmaqla, ümumilikdə 91 min manat pul alınıb.

Beləliklə, iki epizod üzrə zərərçəkmişlərdən ümumilikdə 196 min manat vəsait ələ keçirilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxslərdən biri bildirib ki, 2024-cü ilin fevralında Şəkidə yaşayarkən internetdə iş elanlarına baxıb. “İş.gov.az” saytında insan resursları üzrə mütəxəssis axtarıldığı barədə elan görüb və elanda göstərilən nömrə ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, zəngə cavab verən və özünü “İlyas” kimi təqdim edən şəxs Qazaxıstanda yaşadığını, Azərbaycana gələn qonaqların qarşılanması və yerləşdirilməsi üçün işçi axtardığını deyib. Bu işə görə ona 1500 manat maaş vəd olunub.

Sonradan isə “İlyas”ın ona əsl planı açıqladığı bildirilib. Kirayə götürülmüş mənzil müxtəlif müştərilərə həmin şəxsin öz evi kimi təqdim edilməli, mənzili görmək istəyənlərə isə təqsirləndirilən şəxs tərəfindən göstərilməli imiş.

Planın digər hissəsində isə “Ceyhun” adlı şəxsin özünü MTK rəhbəri kimi təqdim etməsi nəzərdə tutulub. Alıcıların buna inanması üçün saxta müqavilə və maliyyə arayışlarının hazırlanması da planın tərkib hissəsi olub.

Təqsirləndirilən şəxslərdən biri məhkəmədə ona verilən pulun yalnız 5000 manat olduğunu və həmin vəsaitin avans kimi təqdim edildiyini bildirib. O, hadisədə əsas göstərişləri “İlyas”dan aldığını deyib.

Məhkəmə nəticəsində hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) üzrə təqsirli bilinib. Onlardan birinə 6 il 6 ay, digərinə isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Onların Cinayət Məcəlləsinin 320.2-ci (bilə-bilə saxta rəsmi sənəddən istifadə etmə) maddəsi ilə bağlı ittihamı üzrə isə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi nəzərə alınaraq cəza təyin edilməyib.



Xəbərin oxunma sayı : 106




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap