“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - FOTOLAR

Tarix 29.09.26, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


Ölkənin sərfəli mobil operatoru “Nar” gənclərin təhsil və inkişafına yönəlmiş uzunmüddətli təşəbbüslərini davam etdirir. Mobil operator 2025-2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən beş abituriyenti mükafatlandırıb.

AzFakt.com xəbər verir ki, Modern.az İnformasiya Agentliyinin tərəfdaşlığı ilə reallaşan təşəbbüs çərçivəsində tələbə adını qazanan gənclərə “Nar”dan qızıl nömrə, 700 AZN balans və yeni nəsil planşet təqdim olunub.

“Nar”ın baş icraçı direktoru Özgür Genç tədbirdə çıxış edərək yüksək nəticə göstərən gəncləri təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb: “Bu gün qazandığınız nəticə böyük zəhmət və əzmin göstəricisidir. İnanıram ki, əldə etdiyiniz uğur universitet həyatınızda da yeni hədəflərə doğru inamla irəliləməyiniz üçün möhkəm təməl olacaq. “Nar” olaraq, gənclərin təhsil və inkişaf yolunda onları dəstəkləməyi və uğurlarını dəyərləndirməyi vacib hesab edirik”.

Qeyd edək ki, “Nar” artıq 10 ildir, yüksək nəticə göstərən abituriyentlərin uğurunu xüsusi hədiyyələrlə qeyd edir. Bu ənənə mobil operatorun təhsilə və gənclərin gələcək inkişafına verdiyi önəmin göstəricilərindən biridir. “Nar”ın dəstəyi ilə təhsilin inkişafına yönəlmiş sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.



Xəbərin oxunma sayı : 82




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap