“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bosniyada Rusiyapərəst partiya qalib gəldi - Dodik zəfərini Putin və Trampa həsr etdi

Tarix 05.10.26, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya ilə sıx əlaqələri ilə tanınan Milorad Dodikin partiyası Bosniya və Herseqovinanın subyekti olan Serb Respublikasında keçirilən seçkilərdə qələbə qazanıb.

İlkin nəticələrə əsasən, Dodikin partiya yoldaşı Jelka Cviyanoviç də Bosniya və Herseqovinanın üçtərəfli Rəyasət Heyətinin Serb üzvü seçilib.

AzFakt.com xəbər verir ki, Bosniya və Herseqovinada dövlət başçısı funksiyasını yerinə yetirən Rəyasət Heyəti ölkənin üç əsas xalqının - boşnaklar (müsəlmanlar), serpl`r və xorvatların təmsilçilərindən ibarətdir və bu vəzifə səkkizaylıq rotasiya prinsipi ilə növbəli şəkildə icra olunur.

Milorad Dodikin özü isə məhkəmə qərarı ilə dövlət vəzifəsi tutmaq hüququndan məhrum edildiyi üçün seçkilərə qatıla bilməyib. 

Buna baxmayaraq, Serb Respublikasında böyük siyasi nüfuzunu saxlayan Dodik partiyasının zəfərindən sonra diqqətçəkən bəyanatla çıxış edib. O, əldə olunan seçki qələbəsinə görə ABŞ Prezidenti Donald Trampa və Rusiya Prezidenti Vladimir Putinə xüsusi təşəkkürünü bildirib.

Bölgədə separatçı bəyanatları və Bosniya dövlətinin mərkəzi institutlarını zəiflətmək cəhdləri ilə tanınan Dodik komandasının bu qələbəsi, Balkanlarda sabitliyin gələcəyi və Qərblə Rusiya arasındakı geostrateji rəqabət baxımından kritik mərhələ kimi qiymətləndirilir.



Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap