| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Elton Məmmədov Ramiz Mehdiyevi məhkəməyə verdi - “AMEA-nı ailə biznesinə çevirib”
Tarix 25.01.22, 12:09 |
|
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbər strukturunda baş verən gərginlik və çəkişmələr bitmir. AMEA-nın Tarix İnstitutunun rəhbəri Kərim Şükürovun Akademiya prezidenti Ramiz Mehdiyevlə çəkişməsi bir vaxtlar elmi ocaqdan kənarlaşdırılan və 10 aydan çoxdur məhkəmə qalmaqalı ilə üz-üzə qalan AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun məsələsini də gündəmə gətirib.
AzFakt.com Elton Məmmədovun Bizim.Media-ya müsahibəsini təqdim edir:
- Elton müəllim, AMEA-da nə baş verir? Elm ocağı niyə gərginlik və çəkişmə ocağına çevrilib?
- İnsanlar xidməti vəzifələrini Əmək Məcəlləsi və Əmək müqaviləsinə uyğun olmayan şəkildə icra edən yerdə dedi-qodu olar. Bu gün AMEA-da 90 faiz əməkdaş sadəcə olaraq Əmək müqaviləsinə deyil, iş vaxtına uyğun gedib-gəlməklə məşğuldur. Heç biri görəcəyi işlə məşğul olmur. AMEA-nın çox ölkələrlə əməkdaşlıq etdiyi müqavilələri var. Dövlət o müqavilələrdən irəli gələn birgə elmi tədqiqatın ortaya qoyulması, çoxsaylı alimlərin tamamlanmamış elmi məsələləri üçün Avropaya kifayət qədər vəsait verir. O vəsait isə təyinatı üzrə yox, şəxsi adamların maraqlarına sərf olunur. Mən bunları AMEA-da işlər idarəsinin rəhbəri vəzifəsində işlədiyim dövrdə aydınlaşdırmışam və hamısı Hesablama Palatasının öz aktında əksini tapıb. Bu özbaşınalıqların qarşısını almaq istəyən Elton Məmmədov kimi Azərbaycan ziyalısını, elmlər doktoru və professorunu uzaqlaşdırıb, kənara qoymaq nə deməkdir? Özbaşınalıqlar, yeyintilər, yersiz köçürmələr, Yüksək Texnalogiyalar Parkının içərisində ofşor zona kimi dövlət vəsaitinin verilərək oradan silinməsi kimi məsələləri ortaya çıxarıb vicdanlı əməkdaş kimi rəhbərə məruzə etdim ki, bu işlər olub amma olmamaldır.Adını akademik qoyan Ramiz Mehdiyevin bu gün Rəyasət Heyətinin üzvlərinə, idarə və təşkilat rəhbərlərinə, elmi konsepsiyaya söykənən konkret mövqe ortaya qoya bilməməsi səriştəsiz idarəetmə sistemi deməkdir. Səriştəsizlikdən ortaya çıxan məsələlər isə dedi-qodulara, institut rəhbərlərinin birbaşa narazılığına gətirib çıxaracaq ki, bu da Azərbaycan ictimaiyyətinin bu gün üzləşdiyi faktlardır. Özüm məruz qaldığım üçün bunlar hamısı həqiqəti özündə əks etdirir.- Dedi-qodu, şəxsi maraqlar deyəndə nəyi nəzərdə tutursuz?- Ramiz Mehdiyevin ətrafında olan akademiklərdən tutmuş idarə və şöbə rəislərinə kimi hamısı ona diktə etməklə məşğuldur. Kamal Əliyevin rəhbərlik etdiyi Hüquq şöbəsinin fəaliyyəti ancaq çəkişmələrdən, dedi-qodulardan və Akademiyanın qrupundakı yazışmalardan ibarətdir. Ramiz Mehdiyev erməni baldızının oğlunu AMEA-da vəzifəyə qoyub. Gündə işi-peşəsi qəzetdən qayçı ilə dedi-qoduları kəsməkdir. Üstəlik Rəyasət Heyətində oradan-buradan qovulmuş yaxın adamlarını və qohum-əqrəbalarını oturdub. Bu gün həmin qohum-əqrəba Ramiz Mehdiyevə “pas” ötürür. Çünki o, özü-özünü idarə edə bilmir, öz fikrinin daşıyıcısı və icraçısı deyil. O zamanlar AMEA-da Rasim Ağasiyev var idi. Hansı ki, zamanında Ramiz Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşib birbaşa ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət ediblər. AMEA-da elə insanlar var ki, səsini çıxara bilmir. İxtisası üzrə uzun müddət Mərkəzi kitabxanada fəaliyyət göstərən gənc xanımı da həqiqəti dediyi üçün təhvil və təslim aktına imza atmadığı üçün sıxışdırırlar. Hansı ki, özündə dövlətin böyük tarixini və sirrini əks etdirən 1 milyondan çox kitab, eləcə də bütün sənədlər dövlət fondundan yoxa çıxıb. Ölkənin ideologiyasına kim rəhbərlik edir? Fatma Abdullazadənin nəzarəti və İsa Həbibbəylinin kurasiyası ilə Ramiz Mehdiyev! Ramiz Mehdiyev düşüncə tərzi ilə bu gün oranı idarə edə bilmir. Tək patent almaq hələ elmin inkişafı demək deyil. AMEA elm ocağı ilə yanaşı həm də böyük təsərrüfatdır. Mən Yüksək Texnologiyalar Parkının ərazisində 800 kvadratmetrlik elmi tədqiqatların sonu olaraq tətbiq sahəsi yaratmışdım.
- AMEA-dan konkret olaraq niyə kənarlaşdırıldınız?
- O vaxtı da Ramiz Mehdiyevin təzyiqi ilə işdən çıxanda ölkə rəhbərinə ərizəmdə yazmışdım ki, AMEA-da olan ziddiyyətlər, qeyri-sağlam mühit, ölkə rəhbərinin siyasətinə zidd addımlar məni burada milli ideologiyaya xidmət etməyə maneçilik törədir. Nə oldu, professor Kərim Şükürov ora müraciət edən kimi Rəyasət Heyəti dərhal müşavirə keçirdi və toplandı. Ərizəsinin tərkib hissəsi araşdırıldı. Amma Elton Məmmədov ərizə ilə müraciət edəndə və tərkibində də məhz səbəbləri göstərdiyi halda heç nə araşdırılmadı. Akademiyada ilk addımı mən atmışam. Rəyasət Heyətində kəskin ziyalı və vətəndaş mövqeyimi ortaya qoydum. Akademiyanın tamamilə başqa bir şeylə məşğul olduğunu, çəkişmələr kənarda qalmasını və İnstitutlarda sağlamlaşma getməsini tələb etdim. Elm milliləşə bilməz. Bu gün AMEA-nın dövlət başçısının müəyyənləşdirdiyi prioritetlərdə və yaxud hansısa sahələrdə əməli, elmi tərkibi yoxdursa, Akademiyanın özünü hansı fəaliyyət növü kimi müəyyənləşdirməsi məlumdur.- Ramiz Mehdiyevlə məhkəmə işiniz nə yerdədir?- AMEA-nın maraqlarını məhkəmədə Kamal Əliyev təmsil edir. Hansı ki, bu gün AMEA-nın Hüquq və kadrlar şöbəsinin müdiri, eləcə də keçmiş “Tərtər” hadisələrində Azərbaycan xalqının zabitlərinin və əsgərlərinin başına oyunlar gətirən, ədalətsiz qərarlar qəbul edən Bakı Hərbi məhkəməsinin hakimidir. Ötən il aprelin 13-də Rəyasət Heyətinin iclasında çıxış edib, ərizəmi təqdim etmişəm. Rəyasət Heyətinin iclasında heç bir akademik və ya üzv işdən getməyimə, yaxud ərizəmdə qeyd olunan fikrə münasibət bildirmədən haqqımda qərar qəbul edib. Aprelin 13-də ərizə yaza-yaza, ayın 12-də Ramiz Mehdiyev məni işdən azad edir. Axı canlı Rəyasət Heyətinin iclasıdır. İclasdan məhkəməyə vəsadət qaldırdım və həmin səsyazısını tədqim etdim. Kamal Əliyev Ramiz Mehdiyevlə məsləhətləşəndən sonra deyir ki, gizli səsyazısıdır. Gizli səsi agentura yazır, heç bir gizli səs yazmamışam. Kamal Əliyevə mənə təzyiq olunduğunu və məhkəməni yalnış istiqamətə yönəltmə deyə bildirdim. Sonuncu məhkəmədə mənə deyir ki, o, texniki səhvdir. Halbuki bir texniki səhv ucbatından insan məhkumluq həyatı yaşaya bilməz. Beləliklə haqlarıma istinad olunaraq işə bərpa olundum. Dövlətdən məvacib və məzuniyyət haqqı alaraq, aprel ayında 56 gün məzuniyyətdə olmuşam. İyun ayının 24-də gəlib öz ərizəmlə işdən kənarlaşmalı idim. May ayında Əmək müqaviləmə xitam verilib. Yenə Kamal Əliyevə sual verirəm ki, əgər may ayında işdən çıxmışamsa, dövlət iyunun 24-nə kimi mənə necə maaş verə bilər? Cavab yoxdur... Səbail Rayon Məhkəməsi yenə də dekabr ayında ədalətli qərar verdi və vəzifəmə bərpa olunmalı idim. Son 7 gün ərzində yenidən məni Apelyasiya Məhkəməsinə veriblər. İndi fevralın 15-də apelyasiya məhkəməsidir. Nə oldu, Hüquq şöbəsinin müdiri Kamal Əliyev mənlə bağlı, AMEA-nın vitse-prezidenti İsa Həbibəyli də “Hörümçək” məsələsini texniki səhv kimi dəyərləndirir. Texniki səvdirsə, bu sahədən çıx, səhv etməyənlər qoy gəlib idarə etsin. Bir insanın texniki səhvindən bütün elm ictimaiyyəti əziyyət çəkir. Elə bir şey olarmı? Akademik bir yerdə işləməlidir. İsa Həbibəyli həm millət vəkili, həm Ədəbiyyat İnstitutunun direktoru, həm də AMEA-nın vitse-prezidenti kimi maaş alır. Bu qədər şeymi olar? Dəfələrlə bu məsələni qaldırdım. Hesablama Palatası büdcə sərfiyyatını yoxlayanda iradlar tutur. Mən pis adam oldum. Halbuki dövlət vəsaitini qəpiyinə kimi qorumuşam ki, təyinatı üzrə getsin. Akademik bir yerdə işləməlidir ki, elmə yönəlsin. Bir deputat digər bir yerdə inzibati vəzifə daşıya bilər? Bunları deyəndə niyə sağlam qəbul etmirlər?
- Apelyasiya Məhkəməsində qərar sizin xeyrinizə çıxarılmasa, hansı addımları atacaqsız?
- Vətəndaş hüququ olaraq təbii ki, növbəti məhkəmə prosesinə müraciət edəcəyəm və tam prosedur qaydalarına uyğun olaraq Ali Məhkəməyə və Konstitusiya məhkəməsinə, sonra isə Avropa məhkəməsinə çıxacağam. Burada tək Azərbaycan professorunun hüququ pozulmur, ictimaiyyəti yalnış istiqamətə aparan proseslər gedir. Ölkə rəhbərinin siyasətinə zidd addımlar atılır. Bu gün AMEA-da baş verən proseslər Azərbaycan milləti ilə bağlıdır. Biz bu yad əllərdən və bədnam fikirlərdən qurduğumuz demokratik cəmiyyəti xilas etməliyik. Ölkə rəhbərinin siyasətinə dəstək verməliyik. Nə qədər ki, Akademiyada Ramiz Mehdiyevin kürəkəninin qardaşı Fikrət Əliyev (mənim yerimdə olduğuna görə demirəm, səmimiyyətimə inanın) işlər idarəsinin müdiri vəzifəsini icra edir, onun da yaxın dostu cinayətkar Kamal Əliyevdirsə, AMEA-da çəkişmələr bitməyəcək.Tərtər hadisələrinin araşdırması gedir və inşallah Kamal Əliyev də öz çəzasını alacaq. Onların birbaşa Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə gətirib çatdırdığı xəbərlər, onun da qızına, arvadına deməyi ailə münaqişəsidir. Ramiz Mehdiyevin şəxsən özünə də demişəm ki, bizi buradan uzaqlaşdırmaqla, qətiyyətiniz ailə biznesi qurmaqdır. Latın qrafikasına keçidlə bağlı 10 milyona yaxın dövlət vəsaitinin heç bir alqı-satqı olmadan silinməsi ölkə rəhbərinə, müqqəddəs pula xəyanət deyilsə, nədir? Dövlət təşkilatından alınan maşınları şəxsi ailəsinin istismarına vermək, bir yox, iki yox, üç yox, bunlar nə deməkdir? Guya mən kiminsə qardaşına görə siyasi repressiyaya məruz qalmışam. Ölkədə siyasi repressiya var?Haqq-ədalət yerini tapmalıdır. Hər ailədə və kollektivdə söz-söhbətin olması mümkündür. Amma yaxşı rəhbər çağırıb o sahədə olan problemi birbaşa özünə deyir və tapşırıq verir ki, həmin sahəni istiqamətləndirsin. Daha belə münaqişəyə çevirmir. Ramiz Mehdiyevə və ya kiminsə şəxsinə ziddiyətim yoxdur.Mən ədalətsizliyə, haqsızlığa və qüruruma qarşı mübarizə aparıram. Ölkənin sıravi vətəndaşından tutmuş generalına kimi heç kim vətəndaşın qüruru ilə oynaya bilməz.
Xəbərin oxunma sayı : 619
Sosial
Xəbərlər
-
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - FOTO
-
Məmməd Musayevə qarşı cinayət işi açılıb - TƏFƏRRÜAT
-
Prezident əfv Sərəncamı imzaladı - SİYAHI
-
Naxçıvanda tanınmış atlet həbs edildi - Dələduzluq ittihamı
-
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən “Azəri Med“lə bağlı sərt qərar
-
Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı
-
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
-
“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan
-
Prezident daha bir 3 illik dövlət proqramını təsdiqlədi:nələr olacaq?
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir?
-
Binəqədidə sakinləri evlərindən didərgin salan hadisə - VİDEO
-
Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
-
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
-
Tramp və Zelenski arasında görüş: Putinlə bağlı mühüm açıqlama
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - VİDEO
-
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi - Kimlər gedə biləcək?
-
Prezident Qərb Sənaye Parkının yaradılmasının məqsədini açıqladı - VİDEO
-
Qızılı girov qoyub kredit götürmək üçün - Bankların ŞƏRTLƏRİ
-
Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama
-
Tramp istəyinə çatdı - Qrenlandiya ilə bağlı saziş imzalandı
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir və həyətə çıxmağa icazə vermir? - VİDEO
-
AQTA-nın yeni qaydası: “Əhalinin çörəyini kəsməkdir”
-
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İDDİA
-
Prezident azad edilmiş ərazilərdə yataqların işə salınması barədə danışdı - VİDEO
-
“Tramp Pezeşkianla görüşməyə hazırdır” - Marko Rubio
-
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
-
Vətən müharibəsi iştirakçısı 1 illik cəza aldı - Qaxda köşk qalmaqalı
-
ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır - “Reuters“
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
-
100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı
-
“Tsxinvalidə keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımırıq” – Rəsmi Bakı
-
“Birliyin Gücü - 2026” hərbi təliminin açılışı oldu - VİDEO/FOTO
-
İsfəndiyar Axundov və oğlu kredit borcunu gecikdirib - Məhkəmə qərarı
-
“Panda Baby” müştəriləri aldadır - Ucuz qiymət qoyub, baha hesablayır
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
-
Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentdən xəbərdarlıq: “Əməl etməyənlər cəzalandırılacaq”
-
Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
-
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı (FOTO)
-
“Xocəsən“ və “Avtovağzal“ metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq - Sabahdan
-
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
-
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq” - Prezident
-
Satıcı aldatdı, telefon bloklandı... - “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
-
Ehtiram Quliyev “Turan Tovuz“dan gedir? - Özündən açıqlama
-
“Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır“ - Prezident
-
“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
-
Polis çətin relyef şəraitində narkotik əməliyyatı keçirdi - VİDEO
-
Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir - İlham Əliyev
-
Angela Merkel qayıdır? - “Körpülər qurmalıyıq“...
-
Bakıda tozun miqdarı normadan artıqdır - Nazirlik
-
Zamin durmadan öncə 2 dəfə düşünün - Borcdan əlavə öhdəliklər
-
Kitab sərgisinin təşkilatçısı dəyişdi - Məbləğ 2 dəfəyə yaxın azaldı
-
Dələduzluqda təqsirləndirilən sabiq baş konsulun məhkəməsi niyə təxirə salındı? - TƏFƏRRÜAT
-
ABŞ kəşfiyyat şefi Zelenski ilə görüşdü – Moskvaya getmişdi
-
Prezidentin sədrliyi ilə Dövlət Proqramına həsr olunmuş müşavirə keçirildi - FOTOLAR
-
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi - DİN
-
Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi
-
Ev şəraiti ilə stansiyalar arasında şarj edilən avtomobillərin yürüşündə fərq var - VİDEO
-
İran ölkəni, vətəndaşları və inanclarını müdafiə edəcək – Pezeşkian
-
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Sabiq icra başçısı bu vəzifəsindən azad edildi - 7 ay sonra
-
Xaricdə təhsil alan şəxsin diplomu arayışla tanına bilməz - TKTA
-
Ağdamda tikintidə bədbəxt hadisə: Şəmsəddin Aslanovun şirkəti cərimələndi
-
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Video
-
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - SİYAHI
-
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
-
Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertıfikat tələb olunacaq - VİDEO
-
“Böyük qayıdış“ davam edir: Daha 284 nəfər yola salındı (FOTO)
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Mbappedən Zidanla bağlı maraqlı xatirə - “13-14 yaşım var idi...“
-
Çıxarış almaq istəyənlərin diqqətinə - Bu halda mümkün deyil
-
“Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Nikol Paşinyan
-
Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb - STATİSTİKA
-
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq - Xəbərdarlıq
-
Bəzi avtobuslar “Şamaxinka“da saxlamayacaq -VİDEO
-
Eks-deputatın oğlu fəhlələrə növbəti dəfə vəd verdi - işlədib, əmək haqlarını kəsir
-
“Dərin geosiyasi parçalanma ilə üz-üzəyik” - Quterreş
-
Artıq bu yollarda da avtobus zolağı var -Fotolar
-
Kozinoğlunun ölüm işi - 3 nəfər saxlanıldı, jurnalist həbs edildi
-
Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı
-
ABŞ Belarusla nəhəng müqavilə bağlayır - Potaş alacaqlar
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
“Zelenski qorxduğu üçün imtina etdi” - Ukraynada seçki skandalı
-
Suraxanıda gecə tikinti xaosu - “Ballı“ Marketin sahibi daha bir qanunsuz artırma aparır
-
CNN, MSNOW və “Politico” Ağ Evi məhkəməyə verdi - Trampın qərarına görə
-
“AzerGold”a yeni sədr müavini təyin olundu - O, kimdir?
-
“Private Facility Management“ və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə
-
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
ABŞ-dan İrana qarşı sərt qərar: Aviaşirkətləri bloklanacaq
-
Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi - VİDEO
-
Bu şəxslər üçün viza prosedurları sadələşdirilir - Sərəncam
-
Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi
-
İcra başçısı müavinini işdən çıxardı - DSK-ya sədr təyin edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
AYNA-nın tədbirində monitor qadının üstünə belə aşıb - VİDEO
-
“Şəki yaylası” faciəsindən sonra inanılmaz olay - Ucalın atası elə şeylər yazdı ki…
-
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı - FOTO
-
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
-
Sumqayıtda bu yollar təmir olunacaq - 1,5 milyon manat ayrıldı
-
Ermənistan və Rusiya münasibətlərinin dəyişməsi labüddür - Paşinyan
-
Ağdam RİH subartezian quyularının təmirini bu şirkətə tapşırdı - 50 manat kapitalı var
-
“Bu səhv tariximizi alt-üst edib” – Həsən Həsənov
-
Hüquq mərkəzinin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu - Vergi borcu
-
Moskvanın yeni qış taktikası: Ukrayna energetikasına kütləvi zərbələr hazırlanır
-
Parlamentdə dilə gələn kəlbəcərli deputat: ““ChatGPT” çox yaxşı şeydir“
-
“Kredit borcunuzu silirik” - Vətəndaşlara xəbərdarlıq
-
Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib
-
Məktəblərdə fond pulu yığılır: Valideynlər ödəməyə məcburdurmu?
-
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTO
-
Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)
-
Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi? - Araşdırma
-
Pensiyalar nə vaxt ödəniləcək? - Tarix açıqlandı
-
Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər
TOP 10
ARXİV






