Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Erməni generallar sərhəddə: İrəvan yeni hücuma hazırlaşır?

Tarix 19.02.24, 11:08

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanda yaxın dövrdə yeni müharibə hazırlığına dair informasiyalar peyda olub.

“Oragir.news” saytının erməni ordusunun komandir heyətinə müharibəyə hazırlaşmaqla bağlı göstəriş verildiyinə dair məlumatı Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib olunub.

Təbii ki, müharibəyə hazırlıqla bağlı informasiyalar rəsmi şəkildə təsdiq olunmayacaq. Burada əsas məqam Ermənistanın hərbi rəhbərliyinin praktiki müstəvidə hansı addımlar atmasıdır.

Ermənistan MN məlumatları təkzib etsə də, erməni generalların Azərbaycan sərhədinə səfəri xüsusilə diqqət çəkir.

Rəsmi məlumata görə, Ermənistan ordusunun Baş qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-leytenant Edvard Arsyan ötən həftənin sonu “sərhədin cənub-şərq və cənub-qərb hissələrinə baş çəkib”. Bir neçə hərbi hissədə olan Arsyan sərhəddəki postlara çıxıb, hərbçilərlə müzakirələr aparıb, mühəndislik işləri ilə tanış olub, daha sonra bölmə komandirlərinin iştirakı ilə iclas keçirib. Arsyanın səfər etdiyi “sərhədin cənub-şərq və cənub-qərb hissəsi” Azərbaycanla sərhədin hər iki istiqamətidir: cənub-şərq Zəngilan-Qubadlı, cənub-qərb isə Naxçıvanla sərhəd ərazisinə düşür;

Arsyanın məhz indi bu istiqamətə səfər etməsinin bir neçə mümkün səbəbi ola bilər.

Birincisi, Ermənistan son təxribatını sərhədin cənub-şərq hissəsində - Zəngilan istiqamətində etmişdi və Azərbaycan ordusunun adekvat cavabı nəticəsində ağır itkilər verdilər: görünür, Arsyan vəziyyəti birbaşa yerində yoxlamaq qərarına gəlib;

İkincisi, sərhəddə təxribatların davam edəcəyi gözləntisi var, xüsusilə Zəngəzur dəhlizi layihəsinin olduğu Zəngilan istiqaməti mümkün toqquşma zonalarından biridir: Arsyanın növbəti təxribat planı ilə bağlı erməni hərbçiləri yerində təlimatlandırmaq üçün sərhədə gəldiyi istisna edilməməlidir.

Mənbə:Publika.az



Xəbərin oxunma sayı : 490




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap