Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Etibar Əliyevin 10 il əvvəlki işi yenidən gündəmdə - Sabah məhkəmədir

Tarix 09.07.24, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


“Texnikabank” ASC-nin (ləğv edilib) Müşahidə Şurasının sədri olmuş Etibar Əliyev dələduzluqla bağlı cinayət işinə görə uzun müddətdən sonra yenidən hakim qarşısına çıxarılmalıdır. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi öz təşəbbüsü ilə baxış iclası təyin edib.

Məlumat üçün deyək ki, Etibar Əliyev və “Texnikabank”ın digər əməkdaşları 2014-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və vəzifə saxtakarlığı ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərdən bəzilərinə 8 ilə kimi həbs cəzası, ayrıca mühakimə edilən Etibar Əliyevə isə 9 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin məhkəmə cəzanı şərti hesab edib. Həmin vaxt zərərçəkmiş tərəf hökmdən apellyasiya şikayəti verib. Lakin məhkəmə istintaqının gedişində Etibar Əliyev ağır xəstəliyə tutulub. Bu səbəbdən 10 ildir apellyasiya baxışı dayandırılıb. Sonuncu dəfə 1 il əvvəl iş üzrə yeni iclas təyin edilsə də, təqsirləndirilən şəxsin hələ də xəstəlikdən əziyyət çəkdiyi məlum olub. İcraat yenidən dayandırlıb.

Əvvəldə qeyd etdiyimiz kimi, məhkəmə öz təşəbbüsü ilə sabaha iş üzrə yeni proses təyin edib. Məhkəmə təqsirləndirilən şəxsin hələ də xəstəlikdən əziyyət çəkib-çəkməməsi barədə məlumatı öyrənmək istəyir. Eks-bank rəhbərinin məhkəmədə iştirakını istisna edən ağır xəstəlikdən sağalması haqda rəy verilərsə, məhkəmə qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, Etibar Əliyev 2022-ci ildə Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə verib.



Xəbərin oxunma sayı : 808




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap