Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Günün transfer xəbərləri: Dik Advokat futbola qayıtdı

Tarix 29.11.22, 19:02

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Klub saytı: "Tanınmış niderlandlı mütəxəssis Dik Advokat ölkəsinin "Den Xaaq" komandasına baş məşqçi təyin olunub. 75 yaşlı çalışdırıcı 2021-ci ildə "Feyenoord"dan ayrılaraq karyerasını bitirdiyini elan etmişdi. Ancaq fikrini dəyişən Advokat Niderland çempionatında 17-i pillədə qərarlaşan "Den Xaaq" ilə anlaşıb. Müqavilənin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub". 

"SempreMilan": "Milan" yanvarda iki futbolçusu ilə yolları ayırmaq istəyir. Bunlar yarımmüdafiəçilər Tyemue Bakayoko ilə Yasin Adlidir. Son İtaliya çempionu "Çelsi"ni tərk etmək fikrində olan Hakim Ziyeşi icarəyə götürmək fikrindədir. Ancaq bu transferi həyata keçirmək üçün iki futbolçunu satmalıdır". 

İnsayder Fabritsio Romano: "Layptsiq"in futbolçusu Kristofer Nkunku "Çelsi"yə keçməyə hazırlaşır. London klubu Fransa millisinin üzvü üçün 60 milyon avro ödəyəcək. 25 yaşlı forvard artıq tibbi yoxlanışdan keçib. Nkunku ilə uzunmüddətli müqavilə üçün razılıq əldə edilib. Sözləşmə gələn ilin iyun ayından qüvvədə olacaq. 

Cari mövsüm Almaniya Bundesliqasında 15 matçda meydana çıxan hücumçu 12 qol vurub. Ancaq zədələnən Nkunku Fransa millisinin heyətində DÇ-2022-də çıxış etmək şansını əldən verib". 

"The Sun": "İnter" ABŞ millisinin ulduzu Entoni Robinsonla maraqlanır. Ancaq "Fülhem"in 25 yaşlı müdafiəçisini transfer etmək elə də asan olmayacaq. Belə ki, "İnter" Entoni uğrunda "Mançester Siti" və "Vulverhempton"la mübarizə aparmalıdır". 



Xəbərin oxunma sayı : 496




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap