Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Günel Nəfəs barədə: “Başından böyük danışma!“

Tarix 10.02.24, 10:18

Font ölçüsü : - / +
bitmap-img6


"Öz adı "Günel" ola-ola başqa ləqəblə çıxan bu xanım (Nəfəsi nəzərdə tutur - red), niyə öz adınla səhnəyə çıxmadın? Mən heç kimin qəlbini qırmaq, xətrinə dəymək istəmirəm. Çünki mən 2003-cü ildən peşəkar səhnədəyəm və əlimdən gəldiyi qədər çalışaram ki, dəstək olum. Amma onlar da öz həddini və yerini biləcək".

AzFakt.com bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova "Xəbərin var?"verilişində deyib.

Günel onu tanımadığını və heç vaxt gündəmdə olmadığıı deyən Nəfəsi rüsvay edib: "Mənim də zamanında sevib səhnəyə gəldiyim müğənnilər var ki, bugünkü gündə onlara hörmətlə yanaşıram. Amma çıxıb onlara dil uzatmıram. Demək istəyirəm ki, zamanında məni bilib və zənn edib məclislərə çağırdıqları insanlar, söhbət elə Nəfəsdən gedir, sonra da baxıblar ki, yox, bu Günel, yəni mən deyiləm. Çünki insanlar səhnədə məni gözləyirmişlər, amma elə zənn ediblər ki, Nəfəs Güneldir. Onu səhnədən aşağı düşürüblər. Yəni sən bunu özün efirdə danışıb etiraf edirsən ki, Günelin də o zamanlar efirləri partladan vaxtı vardı, indi sən birdən-birə necə deyə bilərsən ki, Günel heç zaman gündəmdə olmayıb? Bu, başdan böyük danışmaqdır".

"Mən bunları qınamıram. Bunlar Aqşin Fateh, Nurlan Təhməzli kimi müğənnilərin sayəsində tanınırlar və sonradan "şişirlər". Amma hər kəs öz həddini bilməlidir. Nəfəs mənim həmkarımdır, amma bax, gör kimə dil uzadırsan. Olmaz! Mən illərlə səhnəyə çıxmasam da, hər zaman varam. Əgər sən belə özünə güvənirdinsə, müğənni Günellərin səhnədə çox olan zaman öz adından imtina edib başqa adla çıxmazdın", - deyə müğənni əlavə edib.



Xəbərin oxunma sayı : 379




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap