“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Gəncə Dövlət Filarmoniyasının binası çökür - Təhlükə ilə bağlı xəbərdarlıq edildi

Tarix 10.01.25, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


 Mədəniyyət Nazirliyinin Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının binasında çatlar əmələ gəlib.

AzFakt.com Teleqraf.com-a istinadən xəbər verir ki, mədəniyyət ocağının bünövrəsində çökmə müşahidə olunur.

Çatlar daha çox binanın arxa hissəsində yaranıb.

Təhlükəli vəziyyətlə əlaqədar filarmoniya yaxınlığında avtomobillərin saxlanılması qadağan edilib.

Eyni zamanda, Gəncə Dövlət Filarmoniyasının sərgilər təşkil olunan "Urban" Mərkəzinin binasının içərisində və çölündə də dərin çatlar əmələ gəlib. Bu bina filarmoniyaya bitişikdir.

Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının təməli 2012-ci ildə qoyulub. İnşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb və bina istifadəyə verilib.

Altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet var. Burada 1 200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və bir VIP loja yerləşir. Filarmoniyada kitab satışı da həyata keçirilir. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub.

Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi iki min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.
 






Xəbərin oxunma sayı : 1063




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap