“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Hüseyn Axundovun anası: “Sevincdən az qalırdı ürəyim partlasın” – Video

Tarix 08.12.23, 9:36

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında hərbçilərin qarşılıqlı azad edilməsinə dair razılıq əldə olunub. Yerli KİV Ermənistanın azad edəcəyi azərbaycanlı hərbçilərin Aqşin Bəbirov və Hüseyn Axundov olduğunu açıqlayıb.

AzFakt.com xəbər verir ki, APA TV sözügedən hərbçilərin ailələrinə baş çəkib.
H. Axundovun anası Şəlalə Axundova bildirib ki, sevincinin həddi-hüdudu yoxdur:
“Sevincimdən evin içində dəlilər kimi o tərəf-bu tərəfə qaçırdım, qışqırırdım, az qalırdı ürəyim partlasın”.

<iframe width="660" height="431" src="https://www.youtube.com/embed/ib73Ljmgozw" title="Şəlalə Axundova: “Sevincdən az qalırdı ürəyim partlasın” - APA TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" allowfullscreen></iframe>

Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

<iframe width="660" height="431" src="https://www.youtube.com/embed/SJwj_XWudgY" title="Əsirlik əzabını çəkənlər 8 ay həsrətdə olan ananın yanında – APA TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" allowfullscreen></iframe>

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Qeyd edək ki, Aqşin Bəbirov Sünik rayon ümumi yurisdiksiya məhkəməsinin hökmü ilə 11,5 il müddətinə azadlıqdan məhrum edilib. O, sərhədi qanunsuz keçməkdə, dövlət sərhədindən qanunsuz olaraq odlu silah və döyüş sursatı keçirməkdə təqsirli bilinib.
Hüseyn Axundov isə Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirli bilinərək 20 il həbsə məhkum edilmişdi. Bu gün isə Ermənistanın Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi bu ölkədə əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla bağlı cinayət işinə baxılması və onun ömürlük azadlıqdan məhrum edilməsi barədə KİV-də xəbərlər yayılıb.







Xəbərin oxunma sayı : 940




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap