| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
İcbari Sığorta Bürosu sədrinin adı milyonluq maxinasiyalarda hallanır - FAKTLAR
Tarix 18.03.21, 12:15 |
|
Son vaxtlar fəaliyyətində ciddi nöqsanların olduğu hesab edilən qurumlardan biri də İcbari Sığorta Bürosudur.
Büro 2011-ci ildə Hüquqi Şəxslərin İttifaqı kimi yaradılıb. Yaradılmasındakı başlıca məqsəd isə ölkənin sığorta bazarının vahid informasiya sisteminin qurulması və bazarın inkişafı yönündə əsaslı tədbirlərin görülməsidir.
Büroya 2018-ci ildə icraçı direktor təyin olunan Rəşad Əhmədov çıxışlarında bir neçə dəfə vurğulayıb ki, rəhbərlik etdiyi qurum müxtəlif təşkilatlarla inteqrasiya edəcək, icbari sığorta bazarı tamamilə elektronlaşdırılacaq. Lakin bir balaca araşdırma apardıqda məlum olur ki, R.Əhmədov qurumun Himayəçilər Şurası tərəfindən verilən qərarları belə yerinə yetirməyib.
Məsələn, mütəxəssislər 2019-cu ilin birinci yarısından külli miqdarda vəsait hesabına istismara verilən İstehsalatda Bədbəxt Hadisələr üzrə layihənin tamamilə effektsiz olduğunu düşünürlər. 2020-ci ilin birinci yarısında təhvil verilən vahid informasiya sistemi istismara buraxıldıqdan sonra isə 5 icbari sığorta növünün hamısı elektronlaşdırılmali idi. Lakin bu iş də nəticəsiz qalıb. Yeni sistem uğur qazandırmaq bir yana, heç əvvəlki illərdə göstərilən performansı da təkrarlaya bilməyib. İddialara görə, bu uğursuzluğun əsas səbəbi direktorun işi mütəxəssislər yerinə, öz köhnə dost-tanışına həvalə etməsidir.
AzFakt.com Bakupost-a istinadla xəbər verir ki, iddialar arasında İcbari Sığorta Bürosunun vəsaitlərindən gərəksiz xərcləmələrin olduğu da yer alır.
R.Əhmədovun fəaliyyətinə nəzər salanda diqqətçəkən məqamlardan biri də “Standard İnsurance” sığorta şirkətinin ləğvi və əmlakının hərraca çıxarılması prosesidir. Şirkətin ləğv edicisi R.Əhmədovdur.
Problem tam aydın görünsün deyə, “Standard İnsurance” sığorta şirkətinin ləğvi prosesinə nəzər salaq. Ləğvetmə prosesi 21 may 2020-ci il tarixində şirkətin ödəmə qabiliyyətinin olmamasına görə başlayıb. Ləğvetmə komissiyasına sədrliyi isə R.Əhmədov fərdi şəkildə öz öhdəsinə götürüb. “İcbari sığortar haqqında” qanuna əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə əmlaka və sağlamlığa dəyən zərərə görə Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi İcbari Sığorta Bürosuna həvalə edilir. Ancaq “Standard Insurance” Sığorta Şirkətinin timsalında ləğv edilən qurumda qərarverici şəxslə bütün ödənişləri həyata keçirməyə məsul olan İcbari Sığorta Bürosu əslində, eyni şəxs, yəni R.Əhmədovdur. Başqa sözlə, kompensasiyaların ödənilməsi zamanı qərar verənlə vəsaiti ödəyən adam eynidir, yəni maraqlı tərəfdir. Direktorun iki öhdəliyi birdən öz üzərinə götürməsi isə haqlı suallara və şübhələrə yol açır.
Rəşad Əhmədov İcbari Sığorta Bürosunun direktoru, “Standard İnsurance” sığorta şirkətinin ləğvetmə komissiyasının rəhbəri olmaqla yanaşı ölkənin müxtəlif qurumlarında keçirilən tenderlərdə ixtisaslaşmış əsas şirkətlərdən bir neçəsinə sahiblik etməkdədir. Onun biznes imperiyasına məxsus “Electro İndustries” QSC, “Verdict Service Company” MMC, “GatDigital” QSC, “AzConstruction” QSC şirkətlərinin adı çoxmilyonluq tender oyunlarında hallanır (Bəzi istinadlar: Keçid 1, Keçid 2 )
100 milyonluq tenderlər...
“Electro İndustries” QSC “Verdict-Service Company” MMC-nin QSC-yə çevrilməsi yolu ilə 2018-ci ilin sentyabrında yenidən təsis edilib. Şirkət “Verdikt” hüquq şirkətinin direktoru Rəşad Əhmədovun qardaşı Aqşin Bayram oğlu Əhmədovun adına 2010-cu ildə təsis edilib. Şirkət 2017-ci ildə transformasiya edərək elektrik xətlərinin çəkilişi ilə məşğul olmağa keçənədək fəaliyyəti barədə publik məlumat yoxdur. Elə maliyyə hesabatında da 2017-ci ilin əvvəlində fəaliyyət göstərmədiyi əks olunub. 2017-ci II rübündən isə 387 min manat vergi borcu ola-ola mart ayında “Azərişıq” ASC-nin mühüm layihəsinin icrası üzrə tenderinin qalibi olur. Hərçənd, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyə görə, tenderə qatılan iddiaçıların mühüm maliyyə və vergi öhdəlikləri olmamalıdır. Buna baxmayaraq, “Azərişıq” onunla Hacıqabul və Şamaxı rayonlarında yaradılan 2 aqroparkın elektrik təchizatı sistemini qurmaqdan ötrü 34,2 milyon manatlıq müqavilə bağlayır.
Araşdırmalar nəticəsində bəlli olur ki, şirkət tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziyanı 2017-ci ilin iyun ayının 14-də alıb. Başqa sözlə, tenderə sənəd təqdim edərkən, onun elektrik enerjisi obyektlərinin tikintisi sahəsində nəinki 5 milyon manat dəyərində icra olunmuş layihə keçmişi, heç bu sahədə işləmək üçün icazəsi və təcrübəsi belə olmayıb. “Zaman-Audit” MMC audit şirkətinin rəyinə əsasən, şirkətin ümumi mənfəəti 2019-cu ilin əvvəlinə 7 milyon 435 min manat təşkil edib (Hesabata keçid).
2018-ci ildə “Azərişıq” və “Azərenerji”nin bu şirkətə daha hansı işləri həvalə etdiyi barədə məlumat verilmir. Əvəzində “Electro İndustries” şirkəti ilə demək olar ki, eyni vaxtda Rəşad Əhmədov tərəfindən təsis edilən “Azconstruction” QSC-nin 2016-2019-cu illərdə təkcə “Azərişıq” ASC-dən ümumi məbləği 133,2 milyon manat dəyərində publik sifarişlər aldığı məlum olur. “Azconstruction” şirkəti barədə də ictimaiyyətə elə çox informasiya bəlli deyil. Bu şirkət barədə ictimaiyyətə açıq informasiya onun “Azərişiq” ASC ilə tərəfdaşlığı barədədir. “Azərişığ”ın ona tapşırdığı 13 layihə arasında Hövsan və Binə qəsəbələrindəki, Qax, Goranboy, Ucar, Şabran, Biləsuvar və Hacıqabul rayonlarındakı iri əkin sahələrinin, istixanaların və quşçuluq təsərrüfatının xarici elektrik təchizatı xətlərinin tikintisi, Ağ Şəhərin və Bakının başqa ərazilərinin enerji təchizatı işləri də var.
Görünən həm də odur ki, dövlət hesabına icra olunan bu layihələr Rəşad Əhmədovun şirkətinə başgicəlləndirən məbləğlərdə qazanc gətirib. Maliyyə hesabatına görə, irihəcmli işlərin tapşırıldığı şirkətin balansındakı əmlakının dəyəri cəmi 130 min manata yaxın olub. Bu kiçik potensialla “Azconstruction” QSC 2018-ci ildə 23 milyon 804 min manat mənfəət əldə edib. 2018-ci ilin sonu tarixinə “Zaman-Audit” MMC audit şirkətinin audit rəyinə əsasən şirkətdə 10 manat kapitalı olan Əhmədovlar ailəsinə ödəniləcək dividend məbləğinin miqdarı 19 milyon 43 min manat olaraq təsdiqini tapıb (Hesabata keçid).
2018-ci il ərzində müqavilələr üzrə 80,7 milyon manat məbləğində əməliyyat gəliri əldə edən bu şirkət dövlət büdcəsinə 4,7 milyon manat, əməliyyat mənfəətinin onda-biri qədər mənfəət vergisi ödəyib. Məlumatlara əsasən şirkətin qalib elan edildiyi sonuncu tender isə 2020-ci ilin dekabr ayında olub və Qaradağ rayonunun Ələt qəsəbəsindəki Azad İqtisadi Zonanın ərazisində ilkin elektrik işlərinin layihələndirilməsi və görülməsi üçün şirkətə 9 milyon 984 min manat vəsait ayrılıb (Keçid).
“Azconstruction” QSC-nin ilk direktoru Rəşad Əhmədovun atası Bayram Əhmədov olub. O, həm də “Azərişıq” ASC-nin 2016-cı ildən bəri daimi tərəfdaşı olan “Gatdigital” QSC-nin rəhbəri və qanuni təmsilçisidir. Bu dövrdə ölkənin elektrik təchizatçısı “Gatdigital” QSC-dən müxtəlif elektrik malları, sayğaclar və sayğac qutuları, dayaq və bünövrələr, işçi geyimləri və s. satışı etməkdən ötrü 25 publik müqavilə bağlayıb. Bu müqavilələr üzrə şirkətə təkcə 2018-ci ildə 28.7 milyon manat (Keçid), ümumilikdə isə 155 milyon manatdan çox vəsait ödənilib (Keçid).
Azconstruction QSC kimi “Gatdigital” QSC-nin də hüquqi ünvanı Əhmədovların Bülbülə qəsəbəsindəki villası olub. Hal-hazırda isə “Azconstruction” QSC və “Electro İndustries” QSC-nin qanuni təmsilçiləri, eləcə də hüquqi ünvanları dəyişdirilib.
Dövlət satınalmaları portalına görə, 2019-cu ilin yayında 110/35/6 kV-luq Sumqayıt-3 yarımstansiyasından “Azərsun Holdinq” MMC-nin yağ, plastik və karton zavodlarına 35 kV-luq kabel xəttinin çəkilməsi üzrə 2 milyonluq layihənin icrası da adı çəkilən şirkətlərdən birinə – “Electro İndustries” QSC-yə tapşırılıb. Məlumat üçün bildirək ki, Rəşad Əhmədovun əvvəlki iş yeri “Azərsun Holdinq” olub.
Bahalı avtomobillər
Rəşad Əhmədovun ona verilən postdan istifadə edərək, şəffaflığı şübhə altında olan böyük layihələri udması, “obnaliçka” ilə məşğul olan şirkətlər qurması ona, əlbəttə, böyük sərvətlər bəxş edib. Evlərinə, villalarına toxunmadan bu yazıda yalnız bir qismini müəyyən edə bildiyimiz avtomobillərinin siyahısını təqdim edirik:



Xəbərin oxunma sayı : 1810
Gündəm
Xəbərlər
-
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik:Vətəndaşların yeni maliyyə seçimi
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - FOTOLAR
-
Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib - Tokayev
-
Yasamal rayonunda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO
-
Aİ-də miqrasiya böhranına qarşı yeni plan: 24 saata qüvvələr göndəriləcək
-
Tehran Vaşinqtonla həm yeni münaqişəyə, həm də danışıqlara hazırdır - Əraqçı
-
Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir? - VİDEO
-
Xırdalanda bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
-
27 Sentyabr Anım Günü tarixi Zəfərə aparan yolun başlanğıcı
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - VİDEO
-
Azərbaycanda 490 manata satılan meyvə - Xaricdən 22 manata gətirilir
-
“Kaşif Kozinoğlu işi“ ilə bağlı YENİ DETAL: Daha əvvəl saxlanılan həkim evində ölü tapıldı
-
Tramp Feyrford aviabazasındakı həbslərdən danışdı: “Onları uzun müddət izlədik“
-
“Xəbərdarlıq etmişdik, dinləmədilər” - “Real”dan Fransa millisinə ittiham
-
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
-
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib - Fotolar
-
Bakıda bu mənzil 10 milyona satılır - FOTOLAR
-
İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”
-
Anar Ələkbərov “44” filmindən daha bir hissəni paylaşıb - Video
-
“Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq” - Ərdoğan
-
Millətlər Liqası:Azərbaycan Litva ilə heç-heçə etdi
-
Hörmüz boğazından rekord həcmdə neft daşınıb - Tramp
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə - SİYAHI
-
KTN rəhbərlik və kollektivi Zəfər parkında - FOTOLAR
-
Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq - Hikmət Hacıyev
-
Baxçalı 2 mafiya liderini barışdırdı - Sedat Peker dəstək verdi
-
Niderland əhaliyə çağırış etdi: Üç günlük ərzaq və su ehtiyatı saxlayın
-
Azərbaycan xalqının milli kimliyinin və ləyaqətinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişi
-
“Hər şey Sizdən başladı, cənab General“ - Polad Həşimovun xanımı
-
Beyləqanda ehsan süfrəsi açıldı - FOTOLAR
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA
-
27 sentyabr-Anım Günü: Milli birlik, həmrəylik rəmzi, qəhrəman şəhidlərimizə dərin ehtiramın ifadəsi
-
Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahıda ABŞ və Avropa yoxdur
-
Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı - Bu cəza verildi
-
Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?
-
ABŞ İrana iqtisadi təzyiqi artırır - 50-dən çox ölkə ilə danışıqlar aparılıb
-
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - FOTOLAR
-
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
-
YAP-ın qurultayı növbədənkənar deyil - Tahir Budaqov
-
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - Video - Fotolar
-
44 günlük qəhrəmanlıq dastanının yazılmasının başlandığı tarix
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri təyin olundu - FOTO
-
Prezident və birinci xanım Zəfər parkında - FOTOLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
-
Vətən müharibəsinin ilk mülki qurbanları - Qurbanovlar ailəsi
-
Dünyda ən çox dizel ixrac edən ölkələr - SİYAHI
-
TikTok 100 milyon dollar ödəyir - Uşaqlar üçün yeni rejim
-
Səhər nə içmək daha yaxşıdır: Qəhvə, yoxsa portağal şirəsi?
-
Kuba ilə ordusuz razılığa gələcəyik - Donald Tramp
-
Bakının bu ərazisində bulvar salınır - VİDEO
-
Ağsu aşırımında aktivlik yenidən artdı - VİDEO
-
Putin və Zelenski razılığa gələcəklər? - Trampdan yeni açıqlama
-
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
-
Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər
-
Prezident Anım Günü ilə bağlı paylaşım edib - FOTO
-
Anım Günü - Vətən müharibəsinin başlanmasından 6 il ötür
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
-
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
-
Prezident Tacikistan Baş nazirini qəbul etdi - FOTOLAR
-
Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri
-
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - VİDEO
-
“Azərpoçt“dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu
-
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib?
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
-
Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
-
Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
-
Vətəndaşın əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - VİDEO
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
TOP 10
ARXİV






