Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakı Limanında yeni terminallar inşa olunacaq - AÇIQLAMA

Tarix 08.04.21, 20:39

Font ölçüsü : - / +
bitmap-img6


“COVID-19 pandemiyasına baxmayaraq, Bakı Limanının ticarət dövriyyəsi 20 faiz artıb. İl ərzində aşırılan irihəcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olub”.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən verilən xəbərə görə, bunu Bakı Limanının Baş direktoru Taleh Ziyadov Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) üzvləri ilə keçirdiyi onlayn görüşdə səsləndirib. 

2020-ci ilin yekunlarına toxunan baş direktor deyib ki, bu dövrdə TIR-ların sayı keçən ilin müvafiq dövrünə nisbətən 28 faiz artaraq 43 min 218 ədəd olub: 

“Aşırılan konteynerlərin sayında isə 15 faiz artım qeydə alınıb və TEU ekvivalentində 40 min 345 konteynerə çatıb. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2,8 dəfə artaraq 711,7 min ton təşkil edib. Beləliklə, son 5 ilin göstəriciləri ilə müqayisədə TIR-ların aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında aşırılan yüklərin həcmində isə 3,5 dəfə artım qeydə alınıb”.

Baş direktor qeyd edib ki, Türkmənistandan gübrə məhsullarının (karbamid və kükürd) ixracatının artması, Qazaxıstanın isə böyük taxıl ixracının olmasını nəzərə alaraq mineral məhsullar və taxıl terminallarının inşası planlaşdırılır: 

“Bakı Limanı avropalı tərəfdaşları ilə əməkdaşlığı dərinləşdirir, Avropa İttifaqı ilə insan kapitalının gücləndirilməsi, ATƏT ilə isə rəqəmsallaşma və yaşıl liman mövzusunda layihələr icra olunur. 2019-cu ildə Bakı Limanı Xəzərin ilk “Yaşıl Liman” statusu qazanıb və Avropada belə status almış 26 limandan biri olub”. 

Diqqətə çatdırılıb ki, bu il yanvarın 15-də Bakı Limanı Avropanın ikinci ən böyük limanı olan Antverp Limanının “APEC Liman Təlim Mərkəzi” ilə anlaşma memorandumu imzalayıb: 

“Memoranduma əsasən, Bakı Limanının əməkdaşları, Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə nəqliyyat, ticarət və logistika sahəsində çalışmaq istəyən şəxslər, 5 gün ərzində Antverp və Şimal Dəniz Limanı, ərazinin beynəlxalq logistika mərkəzi və gömrük xidmətinin fəaliyyəti ilə tanış ola biləcəklər. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Alman şirkətləri, Bakı Limanının reallaşdırdığı ikinci təlim proqramından da faydalana biləcəklər”. 



Xəbərin oxunma sayı : 664




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap