“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Koronaviruslu xəstələrin qida rasionu bitki lifləri ilə zəngin olmalıdır“ - Həkim

Tarix 04.05.21, 16:30

Font ölçüsü : - / +
bitmap-img6


"Hazırda bütün dünya əhalisi yüzlərlə qıcıqlandırıcı amil – ekologiya, stresslər, infeksiyalar əhatəsində yaşayır. Ona görə də balanslaşdırılmış qida rasionu insan orqanizmi üçün müdafiə rolunu oynayaraq müxtəlif xəstəliklərdən onu qoruyur".

APA-nın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım həkimi Racu Nəbiyev deyib.

O bildirib ki, COVID-19 xəstələrinin infeksiyaya yoluxmamışdan əvvəl müxtəlif yanaşı xəstəlikləri olduğunu nəzərə almaq lazımdır: "Adətən COVİD xəstələri gündə 4-5 dəfə qidalanır. Onların qida rasionu bitki lifləri ilə (tərəvəz, göyərti, meyvə, giləmeyvə) zəngin olmalıdır. Koronavirus xəstələrinə efir yağları ilə zəngin olan meyvələr, həmçinin, kəskin ədviyyatlar, hisə verilmiş qidalar və duzlu qidaların verilməsi məhdudlaşdırılır. Bütün yeməklər bişirilmiş və ya buxara verilmiş halda olmalıdır. Xəstəyə yemək verilərkən nə qaynar, nə də çox soyuq olmamalıdır. COVID-19 xəstələrinə verilən mayelərin həcmi gün ərzində 1,5-2 litr artırılmalıdır. Həkim nəzarəti altında müxtəlif meyvə və tərəvəz şirələri, itburnu dəmləməsi, qurudulmuş giləmeyvə kompotu verilə bilər".

Həkim qeyd edib ki, COVID-19 xəstələrinin müalicəsi dövründə yanaşı xəstəlikləri nəzərə alınmalıdır. Həkim onların qida rasionuna bu və ya digər qidanı əlavə edə, hər hansı qidanı isə rasiondan çıxara bilər. Məsələn, şəkərli diabet xəstələrinin qida rasionundan rafinə edilmiş karbohidratlar (şəkər) çıxarılır, yüksək təzyiqdən əziyyət çəkən xəstələrin qidasından isə təzyiqin qalxmasına təsir edən məhsullar çıxarılır. COVID-19 xəstələrinin qida rasionuna kalsium, fosfor, maqnezium və vitamin D ilə zəngin olan məhsullar daxil edilir. Bunlar süd məhsulları (pendir, kəsmik, qatıq və s.), balıq və tərəvəzlərdir. Düzgün və sağlam qidalanma koronavirus xəstələrinin sağalmasında dərman vasitələri qədər rol oynayır. Ona görə də yalnız düzgün qidalar qəbul etməklə bu xəstəliklə mübarizədə müsbət nəticə əldə etmək mümkündür”.



Xəbərin oxunma sayı : 625




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap