“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Hər il təhsilə 5 milyard manat ayrılır” - Nazir müavini

Tarix 14.10.25, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


“Dövlətimiz hər il təhsilə, təxminən, 5 milyard manat vəsait ayırır”.

AzFakt.com  APA-ya istinasən xəbər verir ki, bu sözləri “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
O qeyd edib ki, digər ölkələrdə, orta hesabla, 85 faiz investisiya dövlət üzərindədir:
“Azərbaycanda bu göstərici 95 faiz və daha yüksəkdir. Ölkəmizdə təhsilə yatırım sürətlə artır. Təhsilə bundan sonra da diqqət artırılacaq. Bu bizə imkan verəcək ki, təhsilin daha keyfiyyətli formada təminatını həyata keçirək”.
O bildirib ki, təhsil eyni zamanda ölkənin iqtisadi inkişafına və yoxsulluğun azaldılmasına şərait yaradır:
“Təhsil həqiqətən də böyük bir missiyaya malikdir. BMT-nin qəbul etdiyi və Azərbaycanın da qoşulduğu proqram hər kəs üçün təhsil imkanlarını genişləndirir. Təhsilə göstərilən diqqət və qayğı bu istiqamətdə açıq şəkildə hiss olunur. Statistikaya diqqət yetirsək görərik ki, təhsilə daha çox vəsait ayıran ölkələrdə inkişaf səviyyəsi də daha yüksəkdir”.
Nazir müavini vurğulayıb ki, təhsilalanların 1.6 milyonu ümumtəhsil sektorundadır:
“25 minə yaxın şəxs özəl təhsil müəssisələrində təhsil alır. Həmçinin investiyalarımızın 15-16 faizi ali təhsil sisteminə yönəldilir. Bütün xərclərin təxminən 10 faizi isə məktəbəqədər təhsil müəssisələrinə yönəldilir. Həmçinin inklüziv təhsilin də əhatəsi genişləndirilir”.



Xəbərin oxunma sayı : 1222




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap