“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

ABŞ Venesuela sahillərində gəmiyə zərbə endirdi - 6 nəfər öldü

Tarix 15.10.25, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


Dünən axşam ABŞ ordusu Venesuela sahillərindəki beynəlxalq sularda narkotik kartelləri ilə əlaqəsi olduğu iddia edilən gəmiyə zərbə endirib.

Bunu ABŞ Prezidenti Donald Tramp “Truth social” sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, zərbə nəticəsində gəminin göyərtəsindəki altı nəfərin hamısı həlak olub. Bununla da sentyabr ayından bəri Birləşmiş Ştatlar tərəfindən Venesuela yaxınlığında narkotik kartelinə bağlı gəmilərə endirilən silsilə zərbələr nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

Tramp qeyd edib ki, ABŞ kəşfiyyatı gəminin məlum marşrutla getdiyini və onun qanunsuz narkotik-terror şəbəkələri ilə əlaqəli olduğunu təsdiqləyib.

Bu ayın əvvəlində Ağ Ev administrasiyası Birləşmiş Ştatların narkotik kartelləri ilə “qeyri-beynəlxalq silahlı münaqişədə” olduğu barədə Konqresi məlumatlandırıb. Eyni zamanda, narkokartellər terrorçu təşkilat, onların üzvləri isə “qanunsuz döyüşçülər” adlandırılıb.



Xəbərin oxunma sayı : 1099




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap