Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Heydərov “Topçu Vüsal”a iş verdi - “Mədət Quliyev də onu işə dəvət etmişdi“

Tarix 31.07.21, 10:53

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəsində "Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov həqiqi hərbi xidmətini başa vuraraq, boya-başa çatdığı Xaçmaz rayonunun Qusarçay kəndinə geri dönüb. O, bundan sonra Fövqaladə Hallar Nazirliyində çalışacaq. Burada işləmək onun uşaqlıq arzusudur.

"Vüsala digər nazirliklərdən iş təklifi gəlsə də, oğlum FHN-də işləməyi seçdi", - İslam Şahkərimov oğlunun yeni işindən danışarkən "azvision.az" -a deyib.

O, həmçinin bildirib: "Oğlum hələ hərbi xidmətdə olanda ona iş təklifi etmişdilər. Mən evimizə gələn nazirlik işçilərinə Vüsalı gözlədiyimizi və onun seçim edəcəyini bildirdim. Sağ olsunlar, oğlum geri dönəndən sonra da iş təklifini qüvvədə saxladılar".

Vüsal iki dəfə Bakıya gəlib, general-mayor Hikmət Abbasov onu qəbul edib. Yaxın zamanda işə qəbulu ilə bağlı əmri çıxacaq. Bu yaxınlarda nazir Kamaləddin Heydərovun da onunla görüşəcəyi gözlənilir.

"Müdafiə Sənayesi naziri Mədət Quliyev də onu nazirlikdə işə dəvət etmişdi. Daha sonra Xaçmaz rayon polis şöbəsinin rəisi müavini də bizə gəlmişdi. Ancaq oğlumun seçimi FHN oldu",- qəhrəmanın atası deyir.

Qeyd edək ki, Vüsal Şahkərimov ötən gün 20 yaşını qeyd edib. O, Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı ərazilərində döyüşüb və Şuşada xidmətini davam etdirib. 






Xəbərin oxunma sayı : 697




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap