“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Jurnalistlər üçün tikilmiş binanın taleyi necə olacaq? - VİDEO

Tarix 27.07.21, 14:23

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün əvvəl bir qrup media və QHT nümayəndəsi jurnalistlər üçün tikilmiş 3-cü binadakı mənzillərin şəhid ailələrinə verilməsi ilə bağlı prezidentə müraciət ünvanladı. Bu xəbər yayılan andan etibarən birmənalı qarşılanmadı. Hətta belə demək mümkündürsə, jurnalistlər iki cəbhəyə bölündü, ciddi ittihamlar səsləndirildi. Hər iki tərəfin öz arqumentləri var. Bu arqumentlərə birgə nəzər salaq.

Jurnalistlər üçün tikilmiş 3-cü binadakı mənzillərin şəhid ailələrinə verilməsi ilə bağlı edilən müraciət ciddi rezonans doğurdu. Bu müraciəti ölkə rəhbərliyinə ümumilikdə 38 media nümayəndəsi və QHT rəhbəri edib. Bu xəbər yayılan kimi jurnalistlər iki cəbhəyə bölündü və narazı olanlar buna kəskin etirazlarını bildirdilər. Hətta bir-birlərinə qarşı ciddi iddihamlar səsləndirənlər də oldu.

Müraciət edən 38 nəfərlik siyahıda adı olanlardan biri də Əməkdar jurnalist Qulu Məhərrəmlidir. O, hesab edir ki, ümumiyyətlə jurnalistlərin dövlətdən ev alması ilə bağlı yaranan təcrübə yanlışdır. Vaxtilə belə bir qərarın qəbul edilməsi və bunun müntəzəm hala salınması doğru deyildi. Qulu Məhərrəmli bildirir ki, jurnalistlər xüsusi bir kateqoriya kimi həkim, müəllim, mühəndis və digər sənət sahiblərindən fərqləndirilməməlidir.

Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev də müraciəti imzalayanlar arasındadır. Arif Əliyev bildirir ki, hələ ilk binanın mənzilləri jurnalistlərə verilərkən o, buna etirazını bildirib. Qeyd edir ki, ev hədiyyə edilməsi jurnalistlərin peşə prinsiplərinə ziddir. Belə bir təcrübə jurnalistlər arasında ciddi problemlərə və qarşıdurmalara səbəb olur, hətta mediada korrupsiya riskini də artırır. Onun fikrincə, jurnalistlərə ev paylamaqdansa, medianın iqtisadi dayaqlarını bərpa etmək və reklam imkanlarını artırmaq lazımdır

Uzun illər televiziyaların birində xəbərlər proqramının aparıcısı olmuş Elvin Basqallı isə bu müraciətə etiraz edən jurnalistlərdən sadəcə biridir. O bildirir ki, şəhid ailələri hər zaman dövlətin diqqət mərkəzində olublar və onların evlə təminatında problem yoxdur. Buna görə də, həmin evlər illərdir kirayələrdə qalan, evə həqiqi ehtiyacı olan jurnalistlərə verilməlidir.

Qulu Məhərrəmli isə hesab edir ki, ipoteka və digər sosial layihələrin şərtlərinə yenidən baxılmalı, jurnalistlərin bu layihələr çərçivəsində ev almaq şərtləri daha da yumşaldılmalıdır

Arif Əliyev isə hesab edir ki, təkcə ipoteka və digər sosial layihələrin şərtləri yumşaldılmamalı, həmçinin ictimai nəqliyyat və digər bir sıra vacib sektorlarda jurnalistlərə xüsusi güzəştlər verilməlidir.







Xəbərin oxunma sayı : 760




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap