“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Nazir FHN-də strukturu dəyişdi - 7 idarə şöbəyə çevrildi

Tarix 02.10.26, 13:37

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib.

Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib, 2 idarə ləğv edilib, 1 yeni idarə yaradılıb.

Belə ki, Vüsalə Ömərlinin rəhbərlik etdiyi idarə Fövqəladə halların xəbərdar edilməsi şöbəsinə, Vidadi Məmmədovun rəhbərlik etdiyi idarə Regional mərkəzlərlə koordinasiyanın təşkili və təhsil məsələləri üzrə şöbəyə, Elçin İbrahimovun rəhbərlik etdiyi idarə isə Rəqəmsal inkişaf və innovasiya şöbəsinə çevrilib.

Bundan başqa, Səbuhi Ağayevin rəhbərlik etdiyi idarə İctimaiyyətlə əlaqələr şöbəsi, Vüsal Qaragözovun rəhbərlik etdiyi idarə Maliyyə-iqtisadiyyat şöbəsi, Qəşəm Məmmədovun rəhbərlik etdiyi idarə Nəzarət-təftiş şöbəsi, Rəşadət Cəbrayılovun rəhbərlik etdiyi idarə isə Hüquq şöbəsi olub.

Bu dəyişikliklərdən sonra sözügedən şəxslər idarə rəisi statusunu itirib və müvafiq şöbələrin müdiri vəzifəsinə təyin ediliblər.

Eyni zamanda, Zahid Aşurovun rəhbərlik etdiyi FHN Komendant xidmətinin təşkili və texniki təminat idarəsi ləğv edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin ləğv edilməsi barədə məlumat yaymışdıq. Ləğv edilən strukturun yerində Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsi yaradılıb.



Xəbərin oxunma sayı : 199




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap