“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kəlbəcərin İstisu qəsəbəsi belə olacaq - FOTO

Tarix 04.09.24, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcərə səfəri zamanı sentyabrın 2-də təməli qoyularaq tikintisinə başlanılmış İstisu qəsəbəsinin gələcək görüntülərini öz sosial şəbəkə hesablarında paylaşıb.

AzFakt.com komitəyə istinadən xəbər verir ki, Kəlbəcər rayonunun qərb hissəsində yerləşən, ümumi sahəsi 63,1 hektar olan İstisu qəsəbəsinin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Ümumilikdə layihəyə əsasən gələcəkdə burada “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina da tikiləcək.
Həmçinin qəsəbədə bütün mühüm sosial obyektlər və lazımı infrastruktur imkanları yaradılacaq. Buraya 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, idman-sağlamlıq və klub-icma mərkəzi, tibb məntəqəsi və idman meydançası daxildir.
İstisu qəsəbəsi müasir standartlara əsasında inkişaf edərək mühüm rayon mərkəzlərindən birinə çevriləcək.

Kəlbəcərin İstisu qəsəbəsi belə olacaq -  FOTO
Kəlbəcərin İstisu qəsəbəsi belə olacaq -  FOTO
Kəlbəcərin İstisu qəsəbəsi belə olacaq -  FOTO
Kəlbəcərin İstisu qəsəbəsi belə olacaq -  FOTO





Xəbərin oxunma sayı : 739




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap