“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Leyla Şıxlinskayaya məxsus oteldə polis əməliyyatı - İcraçı direktor həbs olunub

Tarix 27.09.21, 18:19

Font ölçüsü : - / +
bitmap-img6


Xalq artisti Leyla Şıxlinskayaya məxsus, Qubada yerləşən Bərpa-Spa Mərkəzinin işçiləri karantin rejimi qaydalarını pozmaqda suçlanaraq saxlanılıb.

AzFakt.com azadliq.org” a istinadən xəbər verir ki, onların əksəriyyəti sonradan buraxılsa da, Mərkəzin icraçı direktoru Nəzər İsmayılov həbs edilib.

25-yaşlı N.İsmayılov haqqında İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunub. O, sentyabrın 22-də Quba rayon Məhkəməsinin hakimi Rahim Həsənovun çıxardığı qərara əsasən 9 günlük həbs olunub.

İş materiallarında iddia olunur ki, karantin rejimi qaydalarına əsasən, ictimai-iaşə obyektləri gecə saat 12-dən sonra fəaliyyətini davam etdirə bilməz. Amma Bərpa-Spa Mərkəzində bu qayda pozulub.

İsmayılov isə məhkəmədə deyib ki, gecə saat 01.30 radələrində polislər gələndə Mərkəz fəaliyyətini davam etdirmirdi. Sadəcə, işçilər bir masa arxasına toplaşıb yemək yeyirdilər. Vəkili İsmayılovun müdafiə hüququnun pozulduğunu, Quba Rayon Polis Şöbəsində olduğu vaxt vəkillə təmin olunmadığını vurğulayıb.

Polislər isə bildirib ki, həmin vaxt sözügedən obyektdə ad günü məclisi keçirilirdi, bunu təsdiqləyən video da var. Polis əməkdaşının oradan musiqi səsi gəldiyinə görə obyektə yaxınlaşdığı iddia olunur.

Polis şöbəsindən onu da bildiriblər ki, N.İsmayılov özü vəkildən imtina edib.

Leyla Şıxlinskaya sözügedən obyektin ona məxsus olduğunu bir müddət öncə mediaya açıqlamasında təsdiqləyib. O bildirib ki, Qubada kiçik oteli var və sərt karantin rejimi dövründə orada qalıb.



Xəbərin oxunma sayı : 601




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap