![]() |
|














Lombard kreditləri: Asan çıxış, ağır nəticələr
Tarix 15.06.25, 11:46 |
|

Bu gün vətəndaşlar banklardan kredit əldə etmək imkanına malik olmayanda, yaxud daha tez müddətə kredit əldə etmək istəyəndə lombardlara üz tuturlar. Bəzi hallarda isə vətəndaşlar lombardlar tərəfindən aldadılır, yüksək faizlə ödəniş etməyə məcbur olurlar.
Mövzu ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, bu gün lombard xidmətindən istifadə edən əhalinin imkanlarına baxsaq, yalnız bankdan kredit götürə bilməyən təbəqənin müraciət etdiyini görərik.
Onun sözlərinə görə, müraciət edənlər əsasən rəsmi iş yeri olmayan, kredit tarixçəsi məhdudiyyətli olan insanlardır:
"Ya da gəlirlərini bəyan edə bilməyən insanlara bu yol daha çox asan olur. Çünki girov əsasında müəyyən vəsait əldə edilir. Sənədləşmə asandır, qısa müddət ərzində proses həll olunur”.
İqtisadşı qeyd edib ki, lakin lombardlar bəzən insanları məyus edir, bəziləri öz öhdəliklərini yerinə yetirmir:
"Bəzi hallarda lombardların iflasa uğraması və yoxa çıxması müşahidə olunur. Digər tərəfdən lombardlar riskli kredit ayıran təşkilat olduqlarından banklara nisbətən böyük faizlər təqdim edirlər. Bu da sözsüz ki, bəzi hallarda insanları çətin vəziyyətə salır. Yaxud şərtlər bankların şərtlərindən çox mürəkkəb və ağır olur. Müəyyən vəziyyətdə insanlar əlavə öhdəliklərə və cərimələrə məruz qalırlar. Bəzən girovların götürülməsində gecikmələr baş verir, hətta girovların itirilməsi və mənimsənilməsi halları da müşahidə olunur. Onun üçün də hesab edirəm ki, lombardla hər hansı münasibətlər qurulanda mütləq müqavilə şərtlərini dəqiq oxumaq lazımdır. Həmçinin lombardın fəaliyyətini də yoxlamaq lazımdır, bundan sonra lombard xidmətindən istifadə etmək daha məqsədəuyğun olar”.
İqtisadçı ekspert Eldəniz Əmirov isə Trend-ə bildirib ki, vətəndaşların faizlə borc almaq üçün bir neçə istiqamətdə fürsəti var:
"Bunlardan biri banklar, digəri bank olmayan kredit təşkilatları, üçüncüsü isə lombardlardır. İnsanların lombarda üz tutmasının əsas səbəbi şərtlərinin çox bəsit olmasıdır. Şərtlər bəsitdirsə, təbii olaraq faiz də çox olacaq, girov da qiymətli olacaq. Lombardlara o insanlar üz tutur ki, onların sənəddə, girovda, öhdəlik götürməkdə müəyyən problemləri var. Yaxud da bank risklərin idarəedilməsi baxımından həmin vətəndaşlara kredit vermir. Həmçinin BOKT-lar da eynilə”.
Onun sözlərinə görə, lombardlarda isə fərqli olaraq girov qarşılığında kredit verilir:
"Belə olan halda təbii ki, faiz də yüksək olacaq. Lombardların ən böyük üstünlüklərindən biri də kreditin zaman baxımından daha tez əldə edilə bilməsidir. Dünyanın elə bir yeri yoxdur ki, lombardlar banklardan daha ucuz kredit verir. Əlbəttə ki, lombardların fəaliyyətini davam etdirməsinin əsas səbəblərindən biri də yüksək faiz dərəcələridir”.
Xəbərin oxunma sayı : 847
Sosial
Xəbərlər
-
“Həyatımın bir dövrünü bağladım” - İradə İbrahimova
-
PSJ finalda kabusuna dönən futbolçuya elçi düşdü - Razılaşsa, tarixə düşəcək
-
Vaşinqton İsrail və Suriya arasında gərginliyin yaxın saatlarda azalacağını gözləyir - Marko Rubio
-
Azərbaycanda mənzillər nə qədər bahalaşıb? - Qiymətlər açıqandı
-
Klinika direktoru arvadını buna görə güllələyib - Təfərrüat
-
Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib - Dəhşətli cinayətin təfərrüatı
-
Miqrantlar Rusiyaya daxil olarkən məcburi peyvənd oluna bilər - SƏBƏB
-
Azərbaycanda güclü zəlzələlər olacaq? - VİDEO
-
Nərimanov rayonunda aparılan tikintidə təhlükəsizlik qaydaları pozulur - VİDEO
-
ABŞ İsrailin Suriyaya endirdiyi zərbələrdən narahatdır - Rubio
-
Bakıda görünməmiş dələduzluq: Tanışının telefonu oğurladı, anasına yazdı...
-
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTOLAR
-
“Tramp başa düşür ki, Putin ona yalan danışır” - Zelenski
-
Gül kollarının alınması məxfi məlumatdır? - Şabranda müəmmalı tender
-
Dini Komitə 800 min manata portal açır - “Amin“
-
İsrail ordusu Dəməşqə yeni zərbə endirdi - Ölənlər var + Video
-
Beyləqanda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi - Fotolar
-
Adəm Məmmədov həbsdə qaldı - “Zon”a köçürüləcək
-
“Ermənistanda ikinci dövlət olmayacaq“ - Paşinyan
-
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna edilb - Fərman
-
“UNEC”in Sevda adlı müəllimi “Porshe”sindən düşərək vətəndaşı hədələdi - VİDEO
-
Marqarin idxalı kəskin artıb - Marketlərdə 2,6 dəfə baha satılır
-
Bakıda qadın güllələndi - Klinika direktoru olan həyat yoldaşı saxlanıldı
-
Prezident İlham Əliyev bəzi qanunlara dəyişikliyi təsdiqləyib - Detallar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu prospektdə yol hərəkətinin təşkili dəyişdi - Fotolar
-
Leyla Əliyeva Atabayeva ilə bir arada - FOTOLAR
-
Prezident ipoteka krediti ilə bağlı fərman imzaladı - Qayda dəyişdi
-
Beyləqanda qadın qətlə yetirilib - 23 yaşlı oğlan saxlanılıb
-
Sumqayıtda 67 kq narkotik dövriyyədən çıxarılıb - İki nəfər saxlanılıb
-
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
-
“Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir“ - Paşinyan
-
“270 nəfərlik müəssisədə 700 nəfər məhbus var” - Qadın kalonundan şikayət
-
Zelenski Trampdan narazıdır - “Bayden dövründə yardım daha güclü idi”
-
Rəsmi sənəddə qeyri-rəsmi ünvan: “Elmar marketin yaxınlığı...”
-
Magistraturaya qəbul imtahanında dəyişiklik gözlənilir - DİM rəsmisi
-
Şəmkir rayonunda maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO
-
General vəzifədən azad edilib? - DSX xəbəri təkzib elədi
-
7 ildir ev alıblar, amma çıxarış yoxdur - VİDEO
-
“Az-Lead” şirkətin 1,7 milyon borcu var - “İndart Holding” də borclanıb
-
Sosial şəbəkələrdə dərman tövsiyə edənləri bu cəza gözləyir - VİDEO
-
Ünvanlı yardım alanların sayında 20 minlik artım - İqtisadçı əsas səbəbi açıqladı
-
Türkiyədə meşə yanğınları şiddətlənib - Çanaqqala və Tekirdağda kəndlər təxliyə edildi
-
Bu il ali məktəblərə qəbul planı 90 faizdən artıq dolacaq - DİM sədri
-
İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla görüşü oldu - FOTO
-
“Melissa park” tikinti şirkəti ilə sakinlər arasında münaqişə yaşanır - Kim haqlıdır?
-
Naxçıvanda sahibkarların bank hesabları kəskin azaldı - Talıbovdan sonrakı bir ayda nə baş verib?
-
İsrail ordusunda ciddi kadr dəyişiklikləri etdi - SİYAHI
-
24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi - Şəmkirdə dəhşət
-
Daha bir itkin şəhidimiz dəfn olunacaq - FOTO
-
Ağdamda beşinci yaşayış kompleksinin tikintisinə başlanır - VİDEO
-
İran Oman dənizində bir tankeri ələ keçirib - Saxlanılanlar var
-
Xanım boksçumuz erməniyə qalib gələrək - Avropa çempionu oldu
-
Berdiməhəmmədov Azərbaycana səfərə gəldi - FOTO
-
Goranboyda kütləvi dava - 3 nəfər xəstəxanalıq oldu
-
Şahin Şıxlinskiyə cinayət işi açıldı, oğlu saxlanıldı - FOTO
-
Binalarda fərdi istilik sistemlərinin quraşdırılmasına imkan verilməyəcək - VİDEO
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
“Qumar kralı”nın adamları azadlığa çıxdı -8 illik hökm ləğv edildi
-
Azərbaycanda yeni peyvəndin tətbiqi müzakirə edilir - VİDEO
-
“Vaşinqton Suriyaya qarşı sanksiyaların ləğvinə davam edəcək“ - Mayk Uolts
-
Bu rayonun 21 kəndində qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub - FOTO
-
Meyvə götürüb tanışlığa gedib - Əməliyyata gedən şəxs xəstələri və işçiləri aldadıb
-
Bakıda zibili eşşək arabası ilə daşıyırlar: “Beş manatdan pul yığırıq“ (VİDEO)
-
Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR
-
“Qızıl top”un favoritləri açıqlandı - Yeni siyahı
-
Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
TOP 10
ARXİV