Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Lukaşenko “Azadlıq“ radiosunu ekstremist elan etdi - DİN qərar verdi

Tarix 04.12.21, 16:56

Font ölçüsü : - / +
bitmap-img6


“Azadlıq” radiosunun Belarus xidmətinin sosial şəbəkələrdə, o cümlədən "Telegram" və "YouTube" kanallarındakı hesabları ölkədə ekstremist şəbəkələr kimi tanınıb.

Belarus məhkəməsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin materialları əsasında belə bir qərar çıxarıb. "Beləliklə, Belarusun bütün ən böyük müstəqil ictimai-siyasi medialarının teleqram kanalları Aleksandr Lukaşenko rejimi tərəfindən ekstremist kimi tanınıb. Biz suveren Belarusun tarixində hakimiyyətin söz və müstəqil media azadlığına ən böyük hücumunun şahidi oluruq”, - radionun Belarus redaksiyasından bildirilib.

Bu Belarusda mediayaya qarşı ilk hücum deyil. Beləki indiyə qədər Lukaşenko rejimi tərəfindən ölkədə fəliyyət göstərən 300-ə yaxın internet resursu “ekstremist” kimi tanınıb.

İyulun 27-də Polşanın “Belsat” telekanalının informasiya resursları ekstremist elan edilib. Oxşar qərar avqustda Tribuna.com idman saytı üçün də qəbul edilib. Zerkalo.io, Tut.by saytlarının bütün informasiya məhsulları, onların sosial şəbəkələri və bu iki nəşrin loqoları da ekstremist hesab olunur.Noyabrın 13-də Belarusun ən köhnə xəbər agentliyi BelaPAN da ekstremist elan edilib.



Xəbərin oxunma sayı : 934




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap