“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Lukaşenko Əliyevdən Qarabağda yer istədi - “Bu torpaqları dirçəltmək lazımdır”

Tarix 16.05.24, 15:58

Font ölçüsü : - / +
bitmap-img6


Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif edib.

Bu barədə BELTA-ya istinadən xəbər verir.

“Bu torpaqları dirçəltməyin, insanları geri qaytarmağın vaxtı gəlib çatıb. Qalib gəldiniz, qələbəni qorudunuz, indi torpaqları dirçəltmək lazımdır”, - A.Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Onun sözlərinə görə, bu iş çox vaxt, böyük əmək tələb edəcək və Belarus bu istiqamətdə Azərbaycana dəstək göstərməyə hazırdır.

A.Lukaşenko qeyd edib ki, Qarabağda görülən işlərdə Azərbaycanın kifayət qədər köməkçi var. 

"Amma biz bu işdə dostcasına iştirak edə bilərik... Avadanlıqlar, kənd təsərrüfatı şəhərləri, iş yerləri, müəyyən texnologiyalar - əgər uyğundursa, bizim texnikamız burada olub işləyə bilər..." - deyə, Belarus lideri bildirib. 

A.Lukaşenko onu da bildirib ki, təkbətək danışıqlar zamanı Prezident İlham Əliyevdən, mümkün olarsa, Qarabağda Belarus üçün də bir yer ayrılmasını xahiş edib.

"İlham Heydəroviç isə bu yanaşmanı dəstəklədi” - deyə, Lukaşenko bildirib.  

Prezidenti İlham Əliyev isə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniştərkibli görüş zamanı deyib ki, Azərbaycan azad olunan ərazilərdə Belarusun şirkətlərini görmək istəyir.

Dövlət başçısı qeyd edib ki, qarşılıqlı fəaliyyətin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görmək olar: “Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər”.



Xəbərin oxunma sayı : 1120




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap