Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

“Pakistan düşmənə qalib gəlməyə müvəffəq oldu“ - Şahbaz Şərif

Tarix 28.05.25, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Pakistan bu yaxınlarda düşmənə qalib gəlməyə müvəffəq oldu.

APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

“Həmin düşmən ölkənin əhalisi Pakistanla müqayisədə 5 dəfə çoxdur. O ölkənin iqtisadi gücü də bizdən çoxdur. Həmin ölkə on illərdir ki, yüz milyardlarla vəsait xərcləyərək dünyanın ən müasir silahlarını alıb. Aprelin 22-də qətlə yetirilən 26 nəfərlə bağlı Hindistan tələsik Pakistana qarşı əsassız iddialar irəli sürdü, faktları uydurmağa çalışdı. Dünyaya mesaj verməyə çalışdı ki, Pakistan bu olaya görə təqsirkar bilinməlidir. Biz dərhal təklif etdik ki, şəffaf beynəlxalq bir tədqiqat aparılsın. Ancaq Hindistan Pakistana hücum etdi, 33 günahsız pakistanlı qətlə yetirildi. Onların sırasında uşaqlar, qadınlar, yaşlılar da vardı. Bu hücum nəticəsində 55 pakistanlı da yaralanmışdı. Biz bunu cavabsız qoya bilməzdik. Pakistanı müdafiə etməli idik. Qısa zamanda Hərbi Hava Qüvvələrimiz Hindistanın 6 hərbi təyyarəsini vurdu. O cümlədən dronlar da vuruldu. Biz Hindistana mesaj verdik ki, regionda firəvanlıq və sülhü təşviq edirik. Amma hücuma məruz qaldığımız məqamda buna var gücümüzlə cavab verəcəyik”, - deyə Pakistan Baş naziri vurğulayıb .

Şahbaz Şərif qarşıdurmanın 9-cu və 10-cu günlərdə Pakistanın Hindistana cavab zərbəsi endirdiyini nəzərə çatdırıb: “Buna qədər Hindistan hava limanlarımızı raketlə atəşə tutmuşdu. Biz Hindistanın hərbi infrastrukturuna hücum etdik. Onlar günahsız insanları qətlə yetirdi, biz hərbi infrastruktura zərbə endirdik. Səhər Hindistan müraciət etdi ki, atəşkəs elan edək. Bundan sonra Hindistanın müraciətinə müsbət cavab verdik. Biz inanırıq ki, sülh, atəşkəs olmalıdır və müharibədən istənilən üsullarla qaçmalıyıq”.



Xəbərin oxunma sayı : 637




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap