Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Qarabağ“ tarixinin ən bahalı transferi ola bilər - 3 milyonluq təklif

Tarix 30.08.25, 15:50

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ” Fransanın "Loryan” (Lorient) komandasının hücumçusu Sambo Sumanonu heyətinə cəlb etmək istəyir.

AzFakt.com Qol.az-a istinadən xəbər verir ki, hazırda tərəflər arasında intensiv danışıqlar gedir. 

Transfer 1-2 gün ərzində yekunlaşmalıdır. Çünki "Qarabağ” Çempionlar Liqası üçün sifariş ərizəsini sentyabrın 2-də UEFA-ya göndərməlidir.

İnsayder Rudi Qaletti isə "X” hesabında yazıb ki, Ağdam təmsilçisi 24 yaşlı seneqallı futbolçu üçün onun klubuna 2,5 milyon avro+500 min avro bonus təklif edib. 

Bu məbləğ paketi indiyədək onunla maraqlanan digər klubların hamısının təklif etdiyindən daha yüksəkdir. Bu gün və sabah futbolçunun transferi məsələsində açar gün olacaq.

Futbolçu özü Çempionlar Liqasında yarışacaq "Qarabağ”da oynamaq istəyir, lakin hələlik klubla yekun razılaşma yoxdur. Sayta o da məlum olub ki, Sambo Sumano "Qarabağ”a transfer olunsa, onun illik gəliri 1 milyon avrodan artıq olacaq. Əgər keçid baş tutsa, bu, "Qarabağ” tarixinin ən bahalı transferi olacaq.

Sumano ötən mövsüm Liqa-2-nin qalibi olmuş "Loryen”də 32 oyunda 14 qol vurub, 3 qolun ötürməsini edib. Bu mövsümdə isə o, Liqa-1-də 2 oyunda 1 qol vurmağı bacarıb.



Xəbərin oxunma sayı : 1585




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap