Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Şuşada yeni binalar tikiləcək - 31 milyon manat ayrıldı

Tarix 26.09.25, 16:44

Font ölçüsü : - / +
bitmap-img6


Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi tərəfindən keçirilən iki tender müsabiqəsinin qalibi “Crystal İnşaat” ASC (VÖEN: 1603491051) olub.

Yeniavaz.com xəbər verir ki, “Crystal İnşaat” ASC Qoruq İdarəsinin sifarişi əsasında Şuşa şəhəri, D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8 və 9 nömrəli yaşayış binalarının tikinti işlərini həyata keçirəcək və qarşılığında 14 milyon 176 min 846 manat 46 qəpik alacaq.
Bundan başqa, “Crystal İnşaat” ASC Qoruq İdarəsinin sifarişi əsasında Şuşa şəhəri, D-4 massivində 12 binanın tikintisi çərçivəsində (2-ci mərhələ) abadlıq, sahədaxili kommunikasiya, qurğulara aid mallar və xidmətlərin, həmçinin 1, 2, 3, 10, 11 və 12 nömrəli binaların tikinti işlərini həyata keçirəcək və bunun müqabilində 16 milyon 675 min 260 manat 66 qəpik alacaq.

Qeyd edək ki, nizamnamə kapitalı 4 min manat olan “Crystal İnşaat” ASC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 11B/2 ünvanında yerləşir. ASC-nin qanuni təmsilçisi Rəsulov Rəsul Məhəmmədəli oğludur.



Xəbərin oxunma sayı : 193




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap