Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Azərbaycan-İran ticarətində rekord artım: 647 milyon dollarlıq dövriyyə

Tarix 29.04.25, 11:35

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşündə iki ölkə arasındaki iqtisadi münasibətlər, o cümlədən nəqliyyat və infrastruktur imkanları müzakirə olundu".

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, son illər ölkələrarası ticarət dövriyyəsində artımlar müşahidə olunur:

"Bütövlükdə, ticari əlaqələrdə son dövrlərin ən aşağı dövriyyəsi 2020 və 2021-ci illərə təsadüf edilir. 2020-ci ildə ölkələr qarşılıqlı münasibətdə 18.4 milyon dollarlıq dövriyyəyə malik olublar.

2021-ci ildə bu rəqəm 61.8 milyon dollaradək yüksəlsə də bu dövriyyə də müqayisəli şəkildə yüksək olmayıb. Bununla belə, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2022-ci ildə 426 milyon dollar, 2023-cü ildə isə 402 milyon dollar olub.

Ötən il isə ölkələr arası ticarət dövriyyəsi 647 milyon dollaradək yüksəlib. Bu o deməkdir ki, Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsi ötən il 38 faiz artıb. Onun 633 milyon dolları İrandan idxal, cəmi 14 milyon dolları isə ixrac olub. Bu o deməkdir ki, ötən il qarşılıqlı ticarət dövriyyəsində 619 milyon dollarlıq mənfi saldo qeydə alınıb.

Bütün bunlarla yanaşı, ölkələrin nəqıiyyat dəhlizlərinin genişlənməsində, xüsusən də Şimal-Cənub Nəqliyyat dəhlizində əməkdaşlığı dərinləşdirmək potensialı kifayət qədər yüksəkdir. Avropanın şimalından Hindistana qədər uzanan bu nəqliyyat dəhlizi ölkələrin beynəlxaq yükdaşımalardan əldə etdiyi gəlirləri kəskin artıra bilər. Bu isə, region üçün yeni imkanlar deməkdir".



Xəbərin oxunma sayı : 1147




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap