![]() |
|














Müdrik lider, qalib sərkərdə
Tarix 31.10.23, 15:10 |
|

XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüş, erməni cəlladları tarixdə misli görünməmiş vəhşiliklər törətmişlər. Ermənistan dövlətinin Azərbaycan Respublikasına təcavüzü nəticəsində 30 mindən artıq Azərbaycan vətəndaşı həlak olmuşdur. Bunların içərisində çoxlu sayda qadınlar, uşaqlar, qocalar vardı.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu istiqamətində bir sıra addımlar atıldı. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı. Prezident şəxsən cəbhə bölgələrində olub konkret tədbirlər müəyyənləşdirdi. Həmin il noyabrın ortalarında Azərbaycan Ordusu artıq cəbhələrdə ermənilərin hücumlarına ciddi müqavimət göstərə bilirdi. Dekabrın ortalarında Azərbaycan əsgərləri Beyləqan istiqamətində böyük qəhrəmanlıq nümayiş etdirdilər.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Ulu Öndər İlham Əliyev barədə deyirdi: “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ümummilli Liderdən bu yüksək dəyərini alan Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bugünkü və gələcək inkişafının təminatçısına çevrildi.
Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.
Əgər Birinci Qarabağ müharibəsində beynəlxalq şərtlər işğalçının xeyrinə idisə, Prezident İlham Əliyev bu şərtləri Azərbaycanın lehinə dəyişdi. O, buna dərin zəkası, strateji düşüncə qabiliyyəti ilə nail oldu. Bu illər ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində atılan ardıcıl addımların nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşına başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
Vətən müharibəsi dövründə dövlət başçısı informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi. Prezident İlham Əliyev istər xalqa müraciəti, istər tviter paylaşımları, istərsə də bu müddətdə verdiyi 30-a yaxın müsahibəsi ilə bütün dünyada Azərbaycanın haqq carçısına çevrildi. Bu qürurlu tarixi anları bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda canından-qanından keçən rəşadətli ordumuzdur. Həqiqətən də, bu Qələbə tək Azərbaycanda, regionda deyil, bütövlükdə dünyada əks-səda doğurdu. Bu qələbə separatizmdən, ərazisinin işğal olunmasından əziyyət çəkən xalqlarda, dövlətlərdə ümid yaratdı, insanlarda mübarizə ruhunu yüksəltdi.
Ötən ay isə rəşadətli ordumuz tərəfindən Qarabağda keçirilən 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz qanunsuz erməni hərbi birləşmələrindən tamamilə təmizləndi, separatçı rejim özünü buraxdığını elan etdi. Bu “Nəyi, nə zaman etməyi mən hamıdan yaxşı bilirəm” deyən Prezident İlham Əliyevin diplomatik və “Dəmir yumruq yerindədir” mesajını verən Ali Baş Komandanın qəti və möhtəşəm hərbi qələbəsi idi. Son 100 ildə ilk dəfə Azərbaycanın şanlı bayrağı Qarabağın bütün ərazisində - Əsgəranda, Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavəndə dalğalanır və buna da məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində nail olundu.
Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.
Dövlət başçsının xalq qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, onun hər azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinin mütləq sürətdə reallığını bir daha təsdiqləyir.
Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.
Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan!
Süleyman Cəfərov
“Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və veteranları” İctimai Birliyinin Abşeron rayon sədri
Xəbərin oxunma sayı : 1522
Sosial
Xəbərlər
-
“Kreml Tramp və Mask arasında mübahisəyə qarışmaq fikrində deyil“ - Peskov
-
Tovuzda dəhşətli ailə dramı: oğul anasını öldürdü, bacısıını isə...
-
Paşinyan II Qaregindən əl çəkmir - Subaylıq andını pozmasına görə
-
“Şahbuz“un qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var
-
Ukraynanın zərbələri özünümüdafiədir, Rusiyanın hücumları isə terror aktıdır - Sibirqa
-
Bu meyvə qaraciyərin dərmanı imiş – MÖCÜZƏ
-
“Mən olmasaydım Tramp seçkilərdə qalib gələ bilməzdi“ - Tramp
-
Bank kartlarından 8 min manatdan çox pul oğurlandı - RƏSMİ
-
“Hizbullah” tərksilah olunana qədər Livana zərbələr endiriləcək“ - Kats
-
Uşaqlarının gözü önündə analarını öldürdü - Şəkidə
-
300 bal toplayan 9-cuların - Fotoları
-
“Ançelottinin “Real”dan getməyinə görə xoşbəxtəm” - Qvardiola
-
Şuşada bayram namazı qılındı - FOTOLAR
-
Heyvan kəsimi ilə bağlı xoşagəlməz hal olarsa - Bu nömrəyə zəng edin
-
Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? - AÇIQLAMA
-
Şamaxı və Xızıda zəlzələ - 4 bala qədər hiss olundu
-
“Qaragenlə görüşməyi özümə yaraşdırmıram“ - Allahşükür Paşazadə
-
İsrail İrana nüvə sazişi müzakirə olunduğu müddətdə hücum etməyəcək - Axios
-
Neft sektoruna investisiyalar kəskin azalacaq - Beynəlxalq Agentlik
-
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib - FOTO
-
Trampla qarşıdurma Maska 34 milyard dollara başa gəlib - Bloomberg
-
Azərbaycanda bayram namazı qılındı - FOTOLAR
-
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib - FOTO
-
Azərbaycanda Qurban bayramı qeyd edilir
-
“Kişi ciddi, qadın boşboğaz olmalıdır“ - Pərvin Abıyeva
-
“ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə edəcək“ - Tramp
-
Əmək bazarında mühüm dəyişiklik: Yeni model tətbiq olunacaq
-
Bu dəfə maksimum balı onlar topladı - SİYAHI
-
Atanın qətlini gizlətmək üçün bu planı qurublar - Ana və digər oğlu da həbs edildi
-
Közərmə lampalarını satanları hansı cərimə gözləyir? - VİDEO
-
Yasamalda zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır - VİDEO
-
Aprel döyüşlərində aldığı tapşırıqları açıqladı - Məhkəmə
-
Polis keçmiş məhkumu saxladı: 2 kiloqrama yaxın heroin aşkarlandı
-
22 yaşlı çinli qız Bakıda 4 aya 400 avtomobil satdı - VİDEO
-
Ağdamda müəllim bıçaqlandı - Şübhəli hərbçidir
-
Bu sualda abituriyentlər haqlı imiş - DİM açıqlama yaydı
-
“Starlink” Azərbaycanda qeydiyyata alındı - RƏSMİ
-
Çoxuşaqlı ailələrdəki uşaqların dörddə birindən çoxu bu rayonda yaşayır - Tam siyahı
-
Azərbaycan gömrüyündən narkotiki belə keçirmək istədilər - Fotolar
-
Lisey və gimnaziyalara qəbul imtahanının vaxtı açıqlandı - TARİXLƏR
-
“Oleq Bakinski“yə və Ukraynada nazir müavini olmuş şəxsə cəza istənilib -Məhkəmə
-
Aprelin 27-də keçirilən buraxılış imtahanının NƏTİCƏLƏRİ
-
Sabahdan Bakıda leysan olacaq - XƏBƏRDARLIQ
-
Bakıda çörək maşını ilə narkotik paylayan şəxs tutulub - VİDEO
-
Qurbanlıqların müəyyən olunmuş yerlərdən kənarda kəsiminə icazə verilməyəcək - Xəbərdarlıq
-
Fərid Əhmədov Gədəbəydə vətəndaşları qəbul edib - FOTO
-
Bu nazirliyin əməkdaşları rüşvət almaqda ittiham olunur - MƏHKƏMƏ
-
“Gəncə Memorial Hospital“da yoxlama: 6000 manat cərimə yazıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank beş günlük məzənnəni açıqladı
-
Bakı-Ağstafa-Bakı sürətli qatarı Qazax stansiyasına qədər gedəcək - Bu tarixdən
-
Samir Nuriyev bu komitəyə rəhbərlik edəcək - Sərəncam
-
Həbsdə olan MTK rəhbərindən “Atlant“ın sahibinə: 30 il qulun olmuşam
-
Mərkəzi Bank yeni binanın pulunu bir ilə çıxarıb - 835 milyon manat...
-
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içdi - FOTO
-
Nazirlik rəqs edən həkimlə bağlı araşdırmaya başladı - RƏSMİ
-
“Şərurlu İsfəndiyar“ hakim qarşısında: 40-a yaxın məhkəmə işi var
-
ABŞ Suriyadakı 5 bazasını bağlayıb - 14 nöqtədən 7-si boşaldılıb
-
Hüquqşünas köməkçisinin sevgilisini döydü - Burnunu sındırdı
-
Lerikdə itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub - BİRGƏ MƏLUMAT
-
Bu məhsulların idxalına qadağa qoyuldu - Sahibkarların nəzərinə!
-
Zorakılığa məruz qalan 74 yaşlı qadın öldü - Saxlanılan var
-
ABŞ-nin ən varlı qadınları açıqlandı - SİYAHI
-
Prezident Azərbaycan xalqını təbrik etdi
-
Əli Əsədov Emoməli Rəhmonla görüşdü - Fotolar
-
Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır - Son 6 ilin göstəriciləri
-
Seymur Məmmədov Zakir Fərəcovu yenə hədəfə gətirdi - Sumqayıt Bulvarında qalmaqal
-
“Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!” - Şeyx Əbdül Mahmudbəyov
-
Adil Əliyev ittihamlara cavab verdi - “Nə üçün belə böhtan atdığını bilmirəm...”
-
Saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı daha bir AÇIQLAMA
-
Naxçıvanda 47 yaşlı qadın öldürülüb - Şübhəli şəxs oğludur
-
“MayoMed“ klinikasında qalmaqal: Fəaliyyəti qadağan edilmiş cərrah pasiyent qəbul edir? (VİDEO)
-
Sabirabadda bir ailənin 4 üzvünün yanaraq öldüyü dəhşətli hadisənin təfərrüatı - VİDEO
-
40 yaşlı Ronaldonun qolu Portuqaliyanı finala çıxardı - VİDEO
-
Vəzifədə olarkən ölən məmurlar - Virus, dəm qazı, qəza...
-
Bakıda vəzifəli şəxslərin adından rüşvət alan sahibkar kimdir? - TƏFƏRRÜAT
-
Azərbaycanda dəhşətli qəza - Dörd nəfər öldü
-
“Məni Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar“ - Araz Musayevdən şok açıqlama
-
Yeni layihə belə Bakının mərkəzindəki tıxac problemini həll etmədi - VİDEO
-
Bu gün instaqramda kimlər nələr paylaşıb? - FOTOLAR
-
Pasiyentin sinəsini paylaşıb, rəqs edən HƏKİM: “17 illik təcrübəm var“
-
“Zelenskinin təklifi rədd etməsi böyük səhvdir” - Lavrov
-
Can Azərbaycanda yüksək texnologiyalar inkişaf etdiririk - Selçuk Bayraktar
-
“Yalvara-yalvara maaş alırıq” - “Pakdad” restoranlar şəbəkəsindən şikayət
-
Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?
-
Bu yaşda Leyli-Məcnun olar? - Xalq artisti ittihamlara cavab verdi
-
İlham Əliyev Məsud Pezeşkianla telefonda danışdı - Nələr müzakirə edilib?
-
Qüsurlu mal satdılar, məhkəməyə verib pulunu aldılar - “Kontakt Home” absurdu
-
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub - SİYAHI
-
ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub - 1 saat 15 dəqiqə
-
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi: Qohumları onu təhdid edir?
-
Son bir ildə Azərbaycanda 64 orta məktəb bağlanıb - Rayonlar üzrə siyahı
-
Həkim Günel Qəmbərova nazirliyi heçə saydı, video paylaşdı - Xəbərdarlıq olunmuşdu
-
“Bakı ilə itkin düşmüş şəxslərin birgə axtarışı üzrə ilkin razılıq var“ - Armen Abazyan
-
“Kiyev rejiminin sülhə ehtiyacı yoxdur” - Putin
-
Türkiyə və İran prezientləri telefonda danışıb - Müzakirə
-
“Qumar kralı”nın həbsi uzandı - Şikayəti rədd edildi
-
13 azərbaycanlı Suriyadan ölkəmizə gətirilib - Təfərrüat
-
“Bayram günlərində hərbi hissələrə gəlməyin” - MN-dən əhaliyə çağırış
-
Sabahdan bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
-
“Pula görə evli kişinin yanında olmusan” - Vəfa ilə tiktokerin məhkəməsi oldu
-
DTX əməliyyat keçirdi - Bu şəxslər ölkədən ÇIXARILDI
-
“Rusiyanın təklifləri qəbuledilməzdir” - Zelenski
-
Təbiətə 45 min manat ziyan vuruldu - Cinayət işi açıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azadə Hüseynovaya vəzifə verildi - Direktor təyin edildi
-
Narkokuryerliklə məşğul olan şəxslər saxlanılıb - VİDEO
-
Bəy və gəlin toy günü qəzaya düşdü - Oğuzda
-
Çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq - RƏSMİ
-
Azərbaycanda yeni medal təsis ediləcək - SƏRƏNCAM
-
Bayram namazı bu saatlarda qılınacaq - Şeyx
-
İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR
-
Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”? - DETALLAR
-
Dünyanın ən bahalı 10 futbolçusu - Siyahıya Yamal başçılıq edir
-
Bakıda 57 min aliment borcu yığılmış iki kişi - Həbs edildi
-
“Söz haqqınız ola bilməz“ - Xamenei Trampa etiraz etdi
-
Tariflər real qiymətdən 13 dəfə aşağıdır - “Azərenerji” rəsmisi
-
Bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova
-
Prezident Minifutbol Federasiyasına iki milyon manat ayırıb - Sərəncam
-
Dünyada ən çox borcu olan ölkələr - ARAŞDIRMA
TOP 10
ARXİV