| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Mövlam Şıxəliyevin səs yazısı açıqlandı... - Məhkəmədə ara qarışdı
Tarix 24.05.22, 22:43 |
|
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev zərərçəkənlərin etirazlarına, vəsatətlərinə baxmayaraq, növbəti dəfə mətbuat nümayəndələrinin məhkəmə prosesində iştirakına imkan verməyib.
Prosesdə şahid qismində 2012-cı ildə 6 saylı notariat kontorunda notarius vəzifəsində işləmiş Ərəstun İmanov ifadə verib.
O bildirib ki, “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyevlə tanışlığı olub: “Notariat kontorunun depozit hesabı həmin bankın “Paytaxt” filialında yerləşib. “Texnikabank” ASC-nin fəaliyyəti dayanmasından sonra notariatın depozit hesabı “Bank Respublika” ASC-nin Nəsimi filialına köçürüldü. 2012-ci ilin sentyabrın əvvəllərində Etibar Əliyevin oğlu Kəramət onun iş yerinə gəlib, bir obyektin alqı-satqısını etmək istədiklərini, lakin bunun üçün atasının razılıq ərizəsi alınmalı olduğunu bildirdi. Dedi ki, atası MTN-də saxlanılır, imkanı varsa, orada atasından notarial qaydada ərizə alaq”.
Ə.İmanov bildirib ki, həmin vaxt MTN ilə yolları kəsişməməsi üçün Kəramətə dərhal razılıq verə bilməyib: “1-2 gün sonra iş yerimə orta boylu, dolu bədənli, bığsız, mülki geyimli şəxs gəldi. Həmin şəxs dedi ki, MTN-nin istintaq şöbə rəisi Vüsal Ələkbərovdur. Vüsal Ələkbərov bildirdi ki, Etibar Əliyevin barəsində cinayət işinin istintaqını aparılır, Etibar Əliyevə köməklik məqsədi ilə obyektinin satılması lazımdır. Ona görə də Kəramətlə birlikdə idarəyə gəlib, Etibar Əliyevdən ərizə qəbul etməsini istədi. Vüsal Ələkbərov gedəndən sonra Kəramət məni MTN-nə apardı. Etibar Əliyevdən əmlakın arvadı tərəfindən satılmasına razılıq ərizəsini aldıq. Mən də obyektin alqı-satqı sənədlərini hazırlayaraq Kəramətə anasını müqavilənin imzalanması üçün gətirməsi dedim. Obyekti alan şəxs obyekti almaq üçün verdiyim məktub əsasında notariat kontorunun dopozit hesabına 3 milyon manat pulu keçirdi, bu barədə sənədi mənə gətirən kimi müqaviləni imzalamağa hazır olduğunu bildirdim"
Təqsirləndirən şəxs Vüsal Ələkbərov şahid Ərəstun İmanova bir neçə sual verib.
- Siz məni tanıyırsız?
Şahid:
- Bəli.
- Məni hardan tanıyırsız?
-Siz işlədiyim notariat kontora gəlmişdiz. Etibar Əliyevin MTN-də razılığının alınmasının rəsmiləşdirilməsini xahiş etmişdiz. Bundan sonra da sizin iş yerinizdə həmin alqı-satqı rəsmiləşdirildi.
Daha sonra zərərçəkmiş şəxs qismində sərbəst ifadə verən Etibar Vahid oğlu Cəfərovun sözlərinə görə, 2005-ci ildən “Sədərək” Ticarət Mərkəzində sahibkarlıqla məşğul olub, kosmetika və parfumeriya malları satıb: “Seyran Nəcəfov, Elman Əhmədov və digərləri ilə birlikdə Çindən mal sifariş edib, hər birinin malı bir konteynerdə gəlib. 2013-cü ilin avqust ayının 29-da konteyneri gömrükdən qəbul edərək Seyranın anbarına boşaldan zaman MTN əməkdaşları tərəfindən saxlanıldıq. Malların qaçaqmalçılıq olması əsası ilə məni, Seyran Nəcəfovu, Balaşirin Babayevi, Elman Əhmədovu, Elvar Əliyevi, Natiq Teymurovu MTN-nin binasına aparardılar. Orada səhərə qədər orada saxladılar. Saxladıqları müddətdə məndən ilkin olaraq 500 min manat istədilər. Pulu verə bilmədiyim üçün bizdən qısa izahatlarımız alındı və səhərə yaxın evə buraxıldıq”.
Zərərçəkmişin sözlərinə görə, sentyabrın 5-də yenə MTN-nin binasına çağırılıb və İstintaq Baş idarəsinin müstəntiqi Elmar tərəfindən şübhəli şəxs qismində tutularaq 2 gün təcridxanada saxlanılıb, sonra Səbail rayon məhkəməsi tərəfindən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib: “İstintaq qrupunun rəhbəri Fuad Məmmədov olub. 5 noyabr 2013-cü ildə özüm də səbəbini bilmədən sərbəst buraxıldım. Çıxandan sonra atamdan “nə əcəb məni buraxdılar” deyə soruşdum. Atam azadlığa buraxılmağım üçün külli miqdarda pul verdiyini bildirdi.
Zərərçəkmiş deyib ki, 2015-ci ilin oktyabrında MTN-də həbslər baş verəndən sonra qardaşı Vüqardan azadlığa buraxılması üçün MTN müstəntiqinə nə qədər pul verildiyini soruşub: “Hər şeyi danışmasını istədim. Vüqar da həmin pulu atam ilə birlikdə MTN-nin müstəntiqi Fuad Məmmədova verdiyini bildirdi. Atam MTN-nin müstəntiqi Fuad Məmmədova 210 min manat verdiyini dedi".
Bundan sonra Etibar Cəfərovun atası Vahid Cəfərov ifadə verib. O deyib ki, oğlu Etibar Cəfərov 5 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən tutulub: “Həbsindən təxminən 1 ay keçdikdən sonra oğluma yemək aparanda kiçik pəncərədən mənə kağız verildi. Kağızda “Fenozepam”, “Renalum” adlı dərman adları yazıldı. Kağızı verən MTN əməkdaşı dərmanları alaraq oğlum üçün gətirməyimi tapşırdı. Etibarın səhhətindəki problemlərin baş qaldırmasını başa düşdüm və pis oldum. Sonra digər oğlum Vüqar və Etibarın vəkili Qubadla birlikdə MTN-nin binasının qarşısında olan yolun digər tərəfınə, Fəxri Xiyaban tərəfə keçdik. Piyada gəzərkən Qubaddan “Etibarın işi necə olacaq” deyə soruşdum. Qubad isə Etibarın azadlığa buraxılması üçün 300 min manat pul istədiklərini dedi. Fuad danışıq zamanı mənə hər şey yaxşı olacaq dedi, Etibarın azadlığa çıxması üçün 300 min manat pul istədi. Fuad Məmmədovla uzun-uzadı söhbət edəndən sonra mənə 3 gün ərzində pulu çatdırmalı olduğumu bildirdi”.
Məhkəmədə təqsirləndirilən şəxs Mövlam Şıxəliyevin vəkili vəsatətlə çıxış edib. O, M.Şıxəliyevin Akif Qurbanovla söhbəti olan səs yazısının dinlənilməsini istəyib.
Məlum olub ki, M.Şıxəliyev azadlıqda olarkən restoranda Akif Qurbanovla görüşüb və həmin görüş zamanı gizli şəkildə onun səsini yazıb.
Hakim vəkilin vəsatətini təmin edib və səs yazısı məhkəmə zalında dinlənilib. M.Şıxəliyevin vəkili səs yazısını müvəkkilinin zərərçəkmiş şəxs Akif Qurbanov tərəfindən şantaj yolu ilə ondan pul tələb etməsi kimi təqdim edib.
Akif Qurbanovun sözlərinə görə, iş materialları ilə də şantaj olunan tərəf özü olduğun sübut olunub: “Vəkil yalan danışır. Mövlam Şıxəliyev bu cür üsullarla MTN-dəki şantaj mövqeyini bir daha ortaya qoyur”.
Akif Qurbanov Mövlam Şıxəliyevə deyib ki, səs yazısını kəsib, məhkəmədə dinlətməklə heç nəyə nail ola bilməyəcək.
Akif Qurbanov bildirib ki, Mövlam Şıxəliyevin ortaya saldığı adamların təşəbbüsü ilə onunla görüşüb: “Görüş zamanı Mövlam Şıxəliyev məndən və Vüsal Ələkbərovdan şikayət etməməyim üçün MTN-də alınan 1 milyon manatın müqabilində 300 min manat təklif etdi. Əvvəlcə razılıq versəm də, sonradan razılaşma pozuldu”.
Akif Qurbanovun vəkili Osman Kazımov səs yazısının tam olaraq məhkəməyə təqdim olunmasını, bu səs yazısının bir neçə saatlıq söhbətdən 10 dəqiqəlik fraqment olduğunu nəzərə çatdırıb. Vəkil vəsatətində məhkəməyə təqdim olanan SD diskin fonoskopik ekspertizaya göndərilməsini istəyib.
Vəkil bildirib ki, Mövlam Şıxəliyev səs yazısını montaj etməklə özünü təmizə çıxarmaq istəyir. Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.
Məhkəmənin növbəti iclası mayın 31-nə təyin edilib.
Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.
Xəbərin oxunma sayı : 1285
Hadisə
Xəbərlər
-
Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO
-
Tramp Rusiyaya qarşı yeni sanksiyalardan imtina edə bilər - “Politico“
-
Bəyanat həm də dünyəvi siyasətin konturları haqqında bilgi kimi dinlənildi
-
Azərbaycan-Kamboca münasibətlərində yeni dövr
-
“Azərbaycanda hicab qadağan olunmayıb, bu məsələ həll olunacaq...“ - Şeyxdən AÇIQLAMA + VİDEO
-
Azərbaycan-Kamboca münasibətlərində yeni əməkdaşlıq mərhələsində
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
-
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - Video
-
“44 il əvvəl səfər etdiyim Azərbaycanı çətinliklə tanıdım“ - Laos lideri
-
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb - RƏSMİ
-
“Bu sərmayələr bizim imkanlarımızı göstərir“ - Prezident İlham Əliyev
-
“Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir“ - Donald Tramp
-
Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - Statistika
-
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
-
Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər - Siyahı
-
Azərbaycan-Laos sənədləri mübadilə edildi - FOTOLAR
-
Bu vəziyyətdə 5 ay əlillik təyinatı ilə bağlı cavab gözləyib... – Video
-
Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - VİDEO
-
Prezidentlər təkbətək görüşdü - FOTOLAR
-
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO
-
Aeroportlar yenə bağlandı - Türkiyədən uçan təyyarələr geri qayıtdı
-
Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq - “The Atlantic“
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 131 dolları ötüb
-
Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO
-
“44“ bədii filminin premyerası oldu - FOTOLAR
-
Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO
-
Paytaxtın bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ
-
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - Sərəncam
-
Aİ ilə bağlı referendum keçirməyəcəklər - Baş nazir açıqladı
-
DTX avtomobilləri qəsdən yandıranları həbs etdi - VİDEO
-
Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? - Azərbaycana gözlənilən qərar
-
Mənzil alanlara şad xəbər: Bu məbləğ sizə geri ödəniləcək
-
Rusiya sentyabrda 50 mindən çox hərbçi itirib? - NATO rəsmisi AÇIQLADI
-
Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
-
Azərbaycanda avtomobil bazarında son vəziyyət açıqlandı - Ən çox bu avtomobillər satılır
-
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
-
Vilayət Eyvazov İranın daxili işlər naziri ilə görüşdü – Fotolar
-
TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı
-
Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi - 1600-ə yaxın məhdudiyyət tətbiq edildi
-
Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Fotolar
-
Azərbaycanda bahalaşan məhsullar açıqlandı - SİYAHI
-
Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil - Paşinyan
-
“Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb“ - Baş Prokurorluq
-
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
-
Agentlik bu şəxsdən 74 mənzil alır - 3,4 milyon manat ödəniləcək
-
“Tarixin ən yaxşı oyunçusu mənəm” - Kriştianu Ronaldo
-
Məktəbli formaları ilə bağlı monitorinqlər başlayıb - FOTOLAR
-
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO/FOTOLAR
-
Qoz Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
“Azərbaycan və Kamboca mina çirklənməsi problemlərini öz təcrübəsindən bilir“ - Prezident
-
Məktəbli forması ilə bağlı münaqişə yaradan 37 nəfər həbs olundu - RƏSMİ
-
Kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalandı - Fotolar
-
Azərbaycanda orta aylıq əməkhaqqı 7,2 faiz artıb - RƏSMİ
-
“Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir“ - Prezident
-
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
-
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - Video - Fotolar
-
Bu il dövlət sektorunda işləyənlərin sayı 31,6 min nəfər azalıb - Rəsmi
-
Prezident Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşüb -FOTOLAR
-
“Müharibə daha qaranlıq mərhələyə daxil olub“ - Ursula von der Leyen
-
İlham Əliyev Kambocanın baş nazirini qarşılayıb - FOTOLAR
-
Azərbaycan İnvestisiya Holdinqində yeni direktor təyinatı - FOTO
-
Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar - 19 ölü
-
Macarıstan Ukraynaya hərbi yardım göstərmək niyyətində deyil - Magyar
-
Armud Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
Tikinti sektoruna verilən kreditlər artır - VİDEO
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - Video
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - Video
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - Video
-
7 yaşlı Nihatın köməyə ehtiyacı var - Anasından müraciət
-
“Növbəti hücuma cavab fərqli olacaq” - İrandan xəbərdarlıq
-
Qədim insanların miqrasiya marşrutu Azərbaycandan keçib? - VİDEO
-
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO
-
“Mümkündür, bu məsələyə baxacağıq” - ABŞ husiləri bombalaya bilər
-
Türkiyədə 8 ayda 7 818 əməliyyat keçirilib - 32 mindən çox şübhəli həbs olunub
-
Yanğında həlak olan Könül Vəlibəylinin qızı kömək istədi - VİDEO
-
Azərbaycana qarşı ideoloji təhdidlər - Necə müdafiə olunmalıyıq?
-
“Rusiya və Ukrayna enerji atəşkəsinə razılaşıb“ - Tramp
-
Nəsimidə parkın bir hissəsi kafe üçün başçının qohumuna verilib - VİDEO
-
Abramoviçin milyonluq oyunu ifşa olunur? - Şok araşdırma
-
Yollarda duman olacaq - Sürücülərin nəzərinə!
-
Montellanın postuna 6 namizəd - Türkiyə millisini kim çalışdıracaq?
-
Alman nazir Trampı sərt tənqid etdi: “Bu, mənəvi iflasdır”
-
Kambocanın Baş naziri Azərbaycana gəldi - Fotolar
-
Mask da “xor“a qoşuldu: Zelenski çox irəli getdi...
-
Pakistanda İmran Xan böhranı - Fövqəladə vəziyyət
-
Avstraliyadan Azərbaycana gilas gətirilib - Kiloqramı 35 manata
-
“Vətəndaşlarımızı təxribatlara uymamağa çağırırıq“ - Milli QHT Forumu
-
Bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Mourinyoya qarşı narazılıq: Futbolçular qruplaşmalara bölünüblər
-
Zelenski müharibəni dəfələrlə dayandıra bilərdi - Tramp
-
Türkiyədə dəhşətli qəza: 11 nəfər öldü, 27 yaralı var
-
Şəmkirdə 18 yaşlı gənc bıçaqlandı - Şübhəli əkiz qardaşıdır
-
ABŞ husilərin Səudiyyə Ərəbistanına hücumlarını kəskin pisləyir - Rubio
-
Yeni hakimlərin əksəriyyəti bu universiteti bitiriblər - ADLAR
-
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat - 73 şübhəli həbs edilib
-
Makronun reytinqi rekord həddə düşüb - Fransızların cəmi 15 faizi onu dəstəkləyir
-
“Biz hər an vurulub ölə bilərik” - Rostovda qalan 12 dənizçimizi kim xilas edəcək?
-
Hadrutda 80 əsgərimizi mühasirədən çıxararkən şəhid oldu - FOTOLAR
-
Sakit okean rekord dərəcədə istiləşib - SƏBƏB
-
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb - İtkin düşənlər var
-
“İşə getsən, səni öldürəcəyəm“ dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
-
Avtomobil bazarında yeni tələblər qiyməti artıracaq? - VİDEO
-
Putin razılaşma istəyir, amma Zelenski razılaşmadan imtina edir - Tramp
-
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır“ - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
-
ABŞ Konqresində qanun layihəsi hazırlanır - Rusiya neftinin alınmasının qadağan edilməsi müzakirə edilir
-
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO
-
Ər-Riyad hava limanına hücumlarda zərərçəkənlər var - 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
-
Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?
-
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
-
Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü - Astarada
-
Xaricdə istirahət lüksə çevrilir: Azərbaycanlı turistlər seçimlərini dəyişir
-
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
-
“Putin Trampa İranın mövqeyini çatdırıb“ - Kreml
-
Salyanda kişi arvadını döydü - Balıq bişirmədiyinə görə
-
Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - VİDEO
-
Türkiyədə bu şəxslərə sosial mediaya giriş qadağan olunacaq - 1 noyabrdan
-
“Azərişıq” cənub regionunda fasiləsiz çalışır - VİDEO
TOP 10
ARXİV






